Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ... - Buralar cənab Mehdiyevin kontrolundadır...

sen-22
09:14 2021

...Xeyli zamandır ki, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutundakı qiymətli əlyazmaların başı üzərində qara buludlar gəzir... Bəs bu qara buludların “himayədarı” kimdir, Əlyazmalar İnstitundan nə istəyir???

Mətləbə keçək: ikinci dəfədir ki, Əlyazmalar İnstitutundan “Təzadlar”a şikayət daxil olur ki, onların qiymətli əlyazmalar saxlanan otaqlarının düz altında yeməkxana fəaliyyət göstərir. Yeməkxanadan qalxan yağların buxarı, soğan, sarımsaq və s. digər ərzaq və yeməklərin iyi bütün günü otaqlardan çəkilmir.

İnstitun əməkdaşlarının narazılıq dolu şikayətindən aydın olurdu ki, bu yeməkxanada bişən yeməklərin iyi, qaynadılan sudan, xörəkdən qalxan buxarın hamısı qiymətli əlyazmalar saxlanılan saxlanc otağına da ciddi təsir edir, nəmişliyin əsas mənbəyinə çevrilir. Onsuz da cüzi əmək haqqı ilə güc-bəla başını saxlayan alimlər pəncərəni açıb təmiz hava da ala bilmirlər. Bu zaman yeməklərin iyi otaqlara “hücum çəkir” və iş prosesinə mane olur.

Bəs alimlərə ciddi narahatlıq, əlyazmalara olduqca təhlükəli vəziyyət yaradan bu yeməkxananın fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasına çoxmu lazımdır, bu iaşə obyektinə necə icazə verilib???

Şikayəti yerində araşdırmaq üçün deyilən ünvana getdik. Doğrudan da Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən yeməkxananın yeri qətiyyən düzgün seçilməyib. Onu da öyrəndik ki, institutun zirzəmisinin yeməkxana kimi fəaliyyət göstərməsinə Elmlər Akademiyasının Rəyasət Heyətinin rəhbərliyi icazə verib. Özü də mərhum akademik Fərəməz Maqsudovun xeyir-duası ilə... Hazırkı rəhbərliyin Əlyazmalar İnstitutunun saxlanc yerinin altında belə bir yeməkxananın fəaliyyətinə icazə verməsinin səbəbini isə hələki öyrənə bilməmişik... İnstitun direktoru Teymur Kərimli isə dövləti tədbirlə bağlı işdə olmaması səbəbindən onun da mövqeyini öyrənə bilmədik. Lakin bəzi əməkdaşlarla görüşdük, hamısı qəzetimizə minnətdarlıq edərək bilmədiyimiz çox mətləblərdən danışdılar: “Canımız boğazımıza yığılıb. Direktor Teymur müəllim dəfələrlə məsələ qaldırıb, lakin hələki həmin yeməkxananın fəaliyyətində maraqlı olan qüvvələr imkan vermirlər ki, yeməkxana buradan başqa yerə köçürülsün... Ora vaxtilə əlyazmaların saxlandığı anbar təsərrüfatı kimi fəaliyyət göstərib... “.

Qeyd etdiyimiz kimi, Bizi maraqlandıran bir sıra suallara direktor Teymur Kərimli işdə olmadığından rəsmi cavab ala bilmədik. Amma bu, bir faktdır ki, belə bir strateji institutun zirzəmisində yeməkxananın fəaliyyət göstərməsi qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, su damcı-damcı eyni yerə aylarla düşəndə, hətta daşı deşir. İndi bu yeməkxanadan qalxan müxtəlif buxar da nə vaxtsa qiymətli əlyazmalara mənfi təsirini mütləq göstərəcək. Ona görə də bu gün alimlərin qaldırdığı həyəcan siqnalına biganə yanaşmaq olmaz.

Təqdim edilən fotoşəkillərə diqqətlə baxın, yeməkxananın qapısı ilə “Elm” nəşriyyatının qapısı yan-yanadır. Oradakı xörəklərdən qalxan iy birbaşa nəşriyyata da daxil olur. Axı yeməkxana ilə nəşriyyat eyni yerdə ola bilməz.

İnanırıq ki, aidiyyəti qurumlar məsələyə çox həssaslıqla yanaşacaq və alimlərin iş prosesini pozan, əmək fəaliyyətinə maneçilik törədən, eyni zamanda qiymətli əlyazmalara ciddi ziyan vura biləcək yeməkxananın fəaliyyətinə son qoyacaqlar.

Təəssüflər olsun, yeməkxanada da olduq, məsul şəxs olmadı ki, hansısa suala cavab axtaraq. Əslində isə, suallara orada işləyənlər yox, həmin yeməkxananın əsl sahibi və AMEA-nın Prezidenti hörmətli akademik Ramiz Mehdiyev verə bilər... Çalışacağıq həmin suallara aydınlıq gətirək. Belə ki, institut kollektivinin Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, AMEA-nın Prezidenti Ramiz Mehdiyevə müraciətində həmin suallara cavab istənilir... Amma kollektiv hələlik inanır ki, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev bu problemin həllinə əlac tapacaq...

Mövzunu diqqətdə saxlayacağıq.

P.S. Əks tərəfin də mövqeyini dinləyib, dərc etməyə hazırıq. //tezadlar.az//
Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ... - Buralar cənab Mehdiyevin kontrolundadır...


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru