International Medical Centre-də vətəndaşları necə soyurlar? - NARAZILIQ!

sen-22
14:49 2021
International Medical Centre-də vətəndaşları necə soyurlar? - NARAZILIQ!
Adının çəkilməsini istəməyən Bərdə sakinlərindən biri Bakıda fəaliyyət göstərən İnternational Medical Centre-də qanunsuzluqla üzləşib. O, ANAXEBER.info-ya ünvanladığı müraciətdə bildirir ki, nəvəsi 2 avqust 2021-ci ildə həmin klinikada əməliyyatla dünyaya gəlib. "Əməliyyat üçün 1200 manat alıblar. Heç bir qəbz təqdim etməyiblər. Bir gündən sonra isə əlavə 775 manat tələb ediblər. Bildiriblər ki, bu, dərmanlara, COVID testin yoxlamaga, və klinikaya kənardan gətirilmiş aparatlara və həkimlərə görədir. Üç gün keçdikdən sonra isə bizə bildiriblər ki, borcunuz 1400 manat olub. Daha 3 gün sonra yenidən 1400 manat əlavə olaraq pul tələb ediblər. Beləliklə, 8 gün klinikada qalan uşaq üçün 4060 manat pul tələb ediblər: 1200 manat ananın əməliyyatı, 2860 manat isə əlavə xərclər üçün", - deyə şikayərçi bildirib. Onun sözlərinə görə, bununla kifayətlənməyib uşağa "Penaqlobin" adlı dərmanın lazım olduğunu deyiblər: "Bu tapılmayan bahalı dərmandır. 4 ampulası 800 manatdır. Biz klinikadan uşağa edilən yardımın görüntülərini tələb etdik. Özünü klinikanın hüquqşünası kimi təqdim edən Bəhram adlı şəxs isə dedi ki, bunun üçün məhkəmə qərarı lazımdır. Beləliklə, bizə görüntüləri təqdim etmədilər. Sizdən xahiş edirəm ki, baş verən bu qanunsuzluğun ictimailəşməsinə və müvafiq qurumların diqqətinə çatdırılmasına yardımçı olasınız". //ANAXEBER.info//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru