Musa Abbasovun Neftçilər xəstəxanası can ala-ala gedir...- Qiymətlər isə kəllə-çarxa qalxıb

sen-30
09:35 2021

Adı “Neftçilər Xəstəxanası”, amma neftçilərdən başqa hamıya pullu qulluq edir

Ramin Bayramlı getdi, Musa Abbasov...

Qısa məlumat üçün qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanası ilk əvvəllər Dövlət Neft Şirkətinin (SOCAR) tabeçiliyində olub və əsasən xəstəxananı SOCAR maliyyələşdirib. Və xəstəxanada əsasən neftçilər müalicə olunub.
Sonradan Mərkəzi Xəstəxana Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib.
O zaman yayılan məlumatlardan belə aydın olurdu ki, guya SOCAR xəstəxananı maliyyələşdirməkdə çətinlik çəkib. Nə isə...bəlli olan odur ki, xəstəxana hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindədir.
Fəaliyyətdə olduğu müddət ərzində xəstəxanaya kimlər rəhbərlik etməyib. Gah Həbibov, gah Yüzbaşov, gah da Minbaşıyev və daha kimlər burada “xozeyin” olub.
Ötən əsrin sonlarında, yəni sovet dövləti dağılarkən, kəndlərimizdə həftədə bir kolxoz sədri dəyişən kimi, Neftçilər Xəstəxanasında da az qala ildə 2-3 dəfə rəhbərlik dəyişib. Yəni “bespredel”.
Ən dəhşətlisi odur ki, bu xəstəxana adından göründüyü kimi əvvəllər pulsuz olaraq neftçilərə tibbi xidmət göstərib, amma sonradan nə baş veribsə, neftçilərdən başqa hər kəsə qulluq edib. Əbəttə, “pulunu ödə, kim olursan ol” prinsipi ilə.
Onu da qeyd edək ki, bu xəstəxanada qiymətlər ən bahalı olsa da, xidmət səviyyəsi çox aşağı olub. Bu xəstəxanada ölüm halları ilə bağlı mediada kifayət qədər yazılıb.
Həkimlərin səhlənkarlığı ucbatından ölən xəstələrin sayı kifayət qədərdir.
Ən dəhşətli hal odur ki, xəstəxanada kağız üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ?
Axı, bu xəstəcanaya kifayət qədər dövlət vəsaiti qoyulub. Və cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, devalvasiyadan istifadə edib süni qiymət artımı ilə məşğul olanlar ciddi cəzalandırılacaq.
Amma xəstəxanada tibbi xidmətlərin haqqı ildə 2-3 dəfə artırılır.
Təsəvvür edirsiniz, xəstənin qəbulu zamanı 1800 AZN depozit qoyulmalıdır. Adama deyərlər ki, nə qulluq elədin ki, çatan kimi 1800 manat...
Xəstə sahiblərindən birinin sözlərini bu məqamda yazmaq yerinə düşər: Doğmalarınızı bu xəstəxanaya etibar etməyin.
Bəli, artıq Neftçilər xəstəxanası inam-güvən sarıdan “bankrot” olub. Amma həkimlər ayda ən azı 5-6 min qazanır. Bu qədər qazanca baxmayaraq tez-tez mediada oxuyuruq: “ Neftçilər xəstəxanası yenə can aldı.
Məlumat üçün onu da qeyd edək ki, 2020-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Musa Ababsovu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edib.
Ramin Bayramlı getdi, Musa Abbasov.
Sən nə fikirləşirsən..?
gundelik baki.com

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru