“İrşad Electronics” müştəriləri necə aldadır... - İDDİA

okt-12
17:59 2021

Məlumat üçün bildirək ki, “İrşad Electronics” Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkətin Bakı, Sumqayıt daxil olmaqla 35 şəhər və rayonda mağazaları, 700 dən çox dilleri mövcuddur.
Çox təəssüf ki, şirkətin adı daha çox narazılıq, şikayət hətta intihar hadisəsində hallanır.
Şirkət müştərilərin, istehlakçıların hüquqlarını tez-tez pozur.
Bütün bunlar azmış kimi şirkətin operatorları müştərilərin zənglərinə kobud cavab verir, müştəri xidmətlə bağlı sual verirsə, suallar cavabsız buraxılır.
Müştərilər dəfələrlə şirkətdən mobil telefon, notebook alıblar. Və bir neçə gün sonra telefon, yaxud notebook donub, işləməyib. Müqaviləyə görə, alınan məhsullar şirkətin servisində ya təmir edilməli, ya da dəyişdirilməlidir. Ancaq şirkət xarab məhsulu nə təmir edir, nə də yenisi ilə əvəz etmir.
Bəzən isə şikayətçi müştərilərə baş ofisin nömrəsini vermirlər.
Başqa bir müştəri şikayət edir ki, yayın qızmarında kondisioner almışam, amma 9 gündür şirkət gəlib öz məhsulunu quraşdırmır. Hansı ki, kondisioneri alanda söz vermişdilər ki, 2 günə quraşdırılacaq.
Qarabağda döyüşən qazi deyir ki, 2020-ci ilin sentyabr ayında “İrşad” şirkətindən mobil telefon aldım və hərbi qulluqçu olduğum üçün döyüş bölgəsinə ezam olundum. Ona görə də şirkətdən xahiş etdim ki, krediti dondursunlar, onlar da razı oldular.
Müharibədən sonra bəlli olub ki, şirkət qazinin kreditini nəinki dondurmayıb, hətta onu məhkəməyə verib.
Təsəvvür edirsiniz, bu boyda şirkətin Vətən Müharibəsi qazisini məhkəməyə verməsi nə qədər utanc gətirəsi haldır.
Deməli, başqa bir müştəri çox ucuz qiymətə olan “nauşniki” ( qulaqcıq ) işləmədiyi üçün başqası ilə dəyişdirə bilmir.
“İrşad Electronics” mağazalar şəbəkəsi tez-tez kampaniyalar keçirərək müştəriləri aldadır. Yəni müştəri kampaniya müddətində müraciət edir, məhsul alır, sonra şirkət deyir ki, siz müraciət edəndə kampaniya başa çatmışdı, ona görə, əlavə pul ödəməlisiniz.
Hələ şirkətin müştərilərin başına açdığı kamisyon xərc məsələsi əsl biabırçılıqdır.
Dünyanın heç bir şirkətində bu miqdarda kamisyon xərc ola bilməz.
Bir sözlə, “İrşad Electronics” istehlakçıları aldadaraq çox aşağı səviyyədə xidmət göstərir.
Görəsən dövlətdən hər ay yüksək maaş alan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır ?
Bu Dövlət Xidmətinin az qala nazirlik qədər səlahiyyətləri var. Dövlət bu qurumu yaradıb ki, istehlakçıların pozulmuş hüquqlarını qorusun.
Yuxarıda qeyd edtiyimiz kimi bu şirkətin adı təkcə müştərilərin hüquqlarını pozmaqda deyil, digər məsələlərdə də hallanır.
Məsələn, “İrşad Electronics” MMC barədə məhkəmə işi diqqətimizi cəlb etdi. Qanuna görə satılan mallar sertifikatlaşdırılmalıdır. Şirkət isə məhsulları sertifikatsız satır. Bu isə ciddi qanun pozuntusudur.
Bütün bunlar azmış kimi “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin müəmmalı ölümü də ciddi şübhələrə yol açıb.
Əgər bu adam həqiqətən də intihar edibsə, tibbi ekspertiza bunu 1 saata müəyyən edə bilərdi. Niyə etməyib ?
Bir sözlə, “İrşad”ın üzərində bir kabus dolaşır. //gundelik-baku.com//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru