Samuxda Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA - Başçı isə...

okt-12
22:49 2021
Samuxda Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA - Başçı isə...

Samux rayonunun Çobanabdallı kənd sakini rayon icra hakimiyyətinin qazi və şəhid ailələrinə qarşı biganəliyini iddia edir.
Şikayətçi Həsənov Kəramət Nizami oğlunun sözlərinə görə, II Qarabağ savaşında iştirakçı olub, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb, müalicə olunduqdan sonra da Laçın uğrunda döyüşlərə qatılaraq ZƏFƏR GÜNÜNƏDƏK könüllü hərbi xidmətdə olub. Lakin, onun bildirdiyinə görə, ötən ilin dekabrından təxris edilib evinə geri dönəndən bu yana nə yerli icra hakimiyyəti, nə də rayonun hansısa vəzifəli şəxsi onunla maraqlanmır. O hazırda işsizdir və dəfələrlə rayon icra başçısı Alı Qocayevin qəbuluna düşmək cəhdləri puça çıxarılıb. Ona nə öz kəndində, nə də hansısa iş tapılmır. O, ailəsinin dolanışığının acınacaqlı olduğunu bildirərək ölkə rəhbərliyindən yardım istəyir.
Kanalımıza danışan şikayətçi "Cəbrayılın azadlığı uğrunda" və "vətənə xidmətə görə" medalları ilə də təltif edilib.
İnanırıq ki, Samux yetkililəri şikayətçinin timsalında işsizliyin aradan qaldırılması istiqamətində addımlar atacaq. //demokratik.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru