İlk təhsili saxta olan Tariyel Əkbərov, görəsən ikinci ali təhsili necə əldə edib?

okt-13
11:10 2021

​ ​ Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin ölkənin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişaf etdirilməsi yöndə indiyə kimi oynadığı rol onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Bir daha yada salaq ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu elan edib “Konstitusiya aktı”nı qəbul etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Bunlardan biri ölkəmizin təhsil sahəsində də müəyyən islahat proqramlarının həyata keçirilməsi, lazımi addımların atılması idi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev müstəqillik illərində ölkəmizdə elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır. O, təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi tədbirlər həyata keçirmiş və bir neçə fərman və sərəncamlar da imzalamışdır.​ Məsələn, 2002-ci il oktyabrın 4-də Ulu Öndərin imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncamı, məhz milli elm və təhsil sahəsinin inkişafında vacib amillərdən biri olaraq ​ bu gün də qiymətləndirilməkdədir. Bəli, fəxrlə qeyd edə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasətin nəticəsində hal-hazırda respublikamızda təhsilin inkişafı, onun keyfiyyət göstəricilərinin müəyyən tələblərə cavab verməsi istiqamətində lazımi addımlar atılır. Bütün bunlara baxmayaraq, son vaxtlar baş alıb gedən çoxsaylı qanunsuzluqlara görə Masallı təhsilindəki durum bir çox media qurumlarında kəskin tənqid atəşinə tutulur, hətta bu rayonun təhsilindəki dözülməz vəziyyət Azərbaycan təhsilinin “üzqarası” da hesab olunur. Onu da bildirək ki, hazırda bu rayonun təhsilinə Əkbərov Tariyel İntiqam oğlu adlı şəxs rəhbərlik edir. Media üzərindən apardığımız araşdırmalara görə o, 1996-cı ildə keçirilən qəbul imtahanında 700 mümkün baldan cəmi 47 bal (?..) toplayıb, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olur və 2000-ci ildə bakalavr təhsilini başa vurur. Tariyel Əkbərov həqiqi hərbi xidmətini başa vurduqdan sonra, Masallı RİH-i Aparatının Memarlıq və tikinti şöbəsində böyük mühəndis vəzifəsinə təyin olunsa da, mediada yayılan məlumatlara görə əslində o, bu qurumda 2000-2007-ci illər ərzində qapıçı vəzifəsində çalışır.

​ ​ ​ ​ Maraqlı və düşündürücü hal o olur ki, bu şəxs Masallı RİH-də vəzifə sahibi olmaqla bərabər, paralel olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani “təhsil alır” və “ riyaziyyat və informatika müəllimi” ixtisasına sahib olur. Elə ki, Tariyel Əkbərov RİH Aparatında daşıdığı vəzifəsindən uzaqlaşır, o halda o, heç bir pedaqoji təcrübəyə malik olmadığı halda hansisa “sehrli əl”in köməyilə rayonun Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin olunur. Üç ildən ​ sonra isə o, yəni – 2010-cu ildə direktor vəzifəsindən birbaşa Masallı RTŞ-nin müdir müavini postuna sahiblənir. İllərlə mudir müavini vəzifəsini daşısa da, Tariyel Əkbərov “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilmir. Bu şəxsin ixtisasartirma kursundan əldə etdiyi diplom Təhsil Nazirliyi tərəfindən saxta elan olunduğu üçün o, 2010-cu ildə Tələbə Qəbulu üzrə Dövlət İmtahan Komissiyasının (indiki DİM-nin) keçirdiyi test imtahanlarından keçmədən, Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali (qiyabi şöbə) təhsil almağa məcbur olur. Belə olan halda ortaya maraqlı sual çıxır ki, ilk təhsil sənədi saxta olan Tariyel Əkbərov, ikinci ali təhsili necə əldə edir? Daha biabırçı hal 2016-cı ildə baş verir ki, buna da əsas səbəb, məhz həmin ildə bu şəxsin təqribən 220 min sakini olan bir rayonun təhsil şöbəsinə müdir təyin olunması olur. Bu gün Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya, özbaşınalıq və digər xoşagəlməz halların varlığından kəskin narazılıqlarını ifadə edirlər.



​ ​ ​Redaksiyamıza çatdırılan məlumatlara görə, təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu gün də daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir və o, daha çox Masallı rayon R. Əlihəsənov adına 1 saylı tam orta məktəbində dərs saatlarını satışıa çıxarır və belə bir addımı ilə, bu təhsil ocağında “açıq bazar” yaradır. Şöbə müdiri ​ konflikt yaratmaqda, heç bir əsas olmadan bəzi müəllimlərin dərs saatlarını azaltmaqda, şəxsiyyətlərini alçaltmaqda,​ hətta imtahanlardan yüksək bal toplamış müəllimlərə imtahandan kəsilən müəllimlərə eyni münasibət bəsləməkdə, və digər qanunsuzluq addımlarını atmaqda olduqca peşəkardır. Qeyd edək ki, adı çəkilən bu təhsil müəssisəsində yetərincə dərs saatları olsa da, Tariyel Əkbərov dərs saatlarını xoşu gəlmədiyi müəllimlərə vermir, bu da onların dövlətdən aldıqları əmək haqlarının azalmasına səbəb olur. Elə ki, bir kimsə ona belə bir məsələlərlə sual verib cavab əldə etmək istəyir o halda o, “Mən təhsil şöbəsi vəzifəsini pulla almışam, işlərimə heç kim qarışa bilməz, bura mənim şəxsi iş yerimdir, mən heç kimdən qorxmuram, bir kimsədən çəkinmirəm, kim hara istəsə şikayətini verə bilər” deyə cavab verir. Təhsil şöbəsinin müdiri belə bir ifadələri işlətməklə bərabər, hətta təhsilə, təlim-tərbiyə işlərinə aid olmayan ifadələri də işlədir, xoşu gəlmədiyi müəllimləri kollektiv arasında təhqir etməkdən də çəkinmir. Heç cür başa düşmək olmur ki, Tariyel Əkbərovun bu cür özbaşınalıqları nə vaxta kimi davam edəcək?. Xeberfakt.az-a çatdırılan məlumatlara görə, bu şəxs belə bir addımları ilə Masallı təhsilini məhv etmək üzrədir. Şöbə müdirinin daha çox işlətdiyi “pulumu verib təhsil şöbəsini almışam” ifadəsi, hal-hazırda rayon ərazisində bir şüara çevrilib. Əldə etdiyimiz başqa bir məlumata görə, Tariyel Əkbərov spirtli içkilərə meylli şəxs olduğundan o, rayonun təhsil müəssisələrinə baş çəkərkən çox vaxt sərxoş vəziyyətdə olur. Belə bir səbəbdən də, həm danışığında, həm də davranışıda hər cür “quş buraxır”.

​ ​ ​ Son olaraq onu qeyd etmək istəyirik ki, belə bir göstəriciləri və atdığı addımları ilə adı dillər əzbəri olan Tariyel Əkbərovun, təqribən 220 min sakini olan bir rayonun təhsil şöbəsinə rəhbərlik etməsi təkcə Masallı sakinlərini deyil, bütövlükdə xalqımızı təhqir etmək deməkdir. Çünki, bir şəxs Tələbə Qəbulu üzrə Dövlət İmtahan Komissiyasının ​ keçirdiyi test imtahanlarından keçməyibsə və saxta yolla ali təhsil almağa müyəssər olubsa, buna nə ad vermək olar? Ona görə də düşünürük ki, bu məqalənin yayımlanmasından sonra çox hörmətli Emin Əmrullayev Masallı təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun fəaliyyətinin araşdırılması, bu şəxsin Azərbaycanın təhsil sistemində oynadığı rolun müəyyən olunması yöndə aidiyyatı üzrə lazımi tapşırığını verəcək, yeri gəldikdə ona “dur” da deyəcək.

​ Araşdırmamız davam edəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru