Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb - FOTO

okt-13
19:20 2021

Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə "Report"un Qərb Mərkəzi xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov məlumat verib.

Onun sözlərinə görə, bir müddət öncə tapılan nəşin İxtiyar İlqar oğlu Əliyevə məxsus olduğu dəqiqləşib.

Mərhumun nəşi sabah ailəsinə təhvil veriləcək və rayonun Goran kəndində dəfn olunacaq.

Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.

Mərhum ailəli idi, övladı yoxdur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru