Ziya Məmmədovun kəndçisi olan qazi Nazirlikdən ŞİKAYƏT ETDİ - NARAZILIQ!

okt-13
21:03 2021


Ziya Məmmədovun kəndçisi olan qazi Nazirlikdən ŞİKAYƏT ETDİ - NARAZILIQ!

Ucarın Qazıqumlaq kəndindən olan ikinci Qarabağ qazisi Şəkərəliyev Sahib İlham oğlu əlillik dərəcəsinin alınmasına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, onun şikayətinə baxan olmayıb.

Məsələ ilə bağlı şikayətçi Unikal.org-a bildirib ki, Ağdərə, Tərtər, Suqovuşanda gedən döyüşlərdə könüllü şəkildə iştirak edib:

“Sentyabrın 21-də döyüşə yollanmışam. Döyüş zamanı yanıma minamyot düşüb. Sol ayağımın bud sümüyü ortadan sınıb, dirsəkdən aşağıya kimi qolum sınıb, gözlərimdə çəpləşmə yaranıb. Ayağımda, qolumda, sifətimdə xeyli sayda qəlpələr var. Hələ çıxarmayıblar. İki dəfə Gəncə Beynəlxalq Xəstəxanasında, bir dəfə isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əməliyyat olunmişam. Üçüncü əməliyyatda isə sümüyüm yararsız olduğu üçün ayağıma ömürlük mil qoyub, dörd yerdən “şurup” vurublar. Əsa olmadan tam şəkildə gəzə bilmədiyim üçün işləyə də bilmirəm. Ailəliyəm, birinin 3, digərinin 2 yaşı olan övladlarım var. Heç olmasa ən aşağı - II qrup da olsa, ala bilsəm ailəmi müəyyən qədər dolandırardım. Yaxın dostum Ucar Rayon Mərkəzi Xəstəxanasından sənədlərimi yığıb, forma 88 (Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət səhiyyə müəssisəsinin göndərişi) yazdırıb. Mənə deyiblər ki, avqustun 18-də Göyçay rayonunda komissiya olacaq, ora gedəcəksiniz, sənədlərinizi orda alacaqlar. Deyilən vaxtda getdik, sənədlərimi verdim, komissiyadan keçdim. Bildirildi ki, sənədlərim Tibbi Sığorta Agentliyinə, TƏBİB-ə gedəcək, əgər ordan razılıq verilsə, mənə əlillik dərəcəsi veriləcək. Təxminən 15 gün bundan əvvəl razılıq verildi ki, sənədlərim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilsin. Mənim problemim nazirlikdədir. Bu qədər vaxt keçsə də, hələ də heç bir cavab gəlməyib”.

Qazi Sahib Şəkərəliyev bildirib ki, döyüşdə olduğu zaman sabiq nəqliyyat naziri Ziya Məmmədov onun ailəsində yardım edib: "Ziya Məmmədov mənim kəndçimdir. Döyüşdə olanda 3 dəfə ailəmə 100 manat pul göndərib".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Unikal.org-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru