Masallı təhsili “can verir”- ŞOK FAKTLAR

okt-15
20:30 2021

Bir müddətdir ki, ictimai fikirə təsir imkanı olan əksər media qurumlarında Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərindən bəhs olunan silsilə tənqidi məqalələr yayımlanır, geniş ictimaiyyət baş verənlər haqda məlumatlandırılır, hətta şöbə müdirinin yerində olmayan vəzifə sahibi olması hər kəsin diqqətinə də çatdırılır. Yəni, məlumatlarda bildirilir ki, bu şəxsin sahib olduğu ali təhsil haqda diplom saxtadır, bu şəxs savadsız kadrdır, bu şəxs Azərbaycan təhsilini məhv etməklə məşğuldur, bu şəxs “minbir oyun” qaydalarının oyunçusudur. Məsələnin təəssüf doğuran tərəfi odur ki, Tariyel Əkbərovun qol qoyduğu əməllər üzə çıxarılır, atdığı addımlar ifşa olunur, amma Təhsil Nazirliyinin rəsmləri hələ də susmaqda davam edirlər. Çox maraqlı və düşündürücü haldır! Axı, bu qədər də olmaz! Çünki, belə bir naşı kadrın təqribən 220 min sakini olan bir rayonun təhsil şöbəsinə rəhbərlik etməsi, əslində analoqu olmayan biabırçılıqdır. Məsələn, qeyd edəcəyimiz bir neçə faktın varlığına diqqət yetirək. Bu ilin may ayında Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə həyata keçirilən direktor dəyişikliyindən sonra, bu təhsil ocağında özbaşınalıqların artması heç də təsadüf hal olmadı. Çünki, bu məktəbdə direktor vəzifəsini müvəqqəti Vəli Ağayev adlı şəxs daşısa da, əslində o, heç bir səlahiyyət sahibi olmayan şəxs olaraq fəaliyyət göstərməkdədir. Buna səbəb, bu təhsil müəssisəsində direktorluğu Tariyel Əkbərovun özü idarə etməsidir. Söylənilənlərə görə, Masallı rayon Təhsil Şöbəsinin müdiri iş otağında oturub daşıdığı vəzifəsini yerinə yetirmək əvəzinə, bu gün də 1 saylı tam orta məktəbdə direktor vəzifəsini onun özü həyata keçirir, hətta bu təhsil ocağında xoşu gəlməyən bəzi müəllimləri yeri gəldi-gəlmədi təhqir edir, onların dərs saatlarını kəsir. Bundan əlavə, Tariyel Əkbərov Bakı şəhərində yaşayan bir neçə müəllimin adını R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə rəsmləşdirib, onların hər birinə ən azından 18 saat, on il məktəb üzü tanımayan müəllimə isə, 24 saat dərs saatı verib. Daha biabırçı halın varlığı ondan ibarətdir ki, bu şəxs orta təhsili olan, hətta əldə etdiyi diplomu tədris etdiyi ixtisasına uyğun gəlməyən və yuxarı siniflərə dərs keçən müəllimlərə 24-36 saat dərs saatı verib. Savadlı olması ilə çalışdığı məktəbdə və ətraf ərazilərdə ad-san çıxaran, eyni zamanda sahib olduğu ixtisası üzrə dərs keçən müəllimlər bu cür haqsızlıqları görüb narazılıq etdikdə, Tariyel Əkbərov onlara “Dərs saatlarınızı kəsərəm, yeri gələrsə sizi işdən də çıxardaram” deyə cavab verir.

Rayon sakinləri arasında bu şəxsin əxlaqsızlıq əməllərinə qol qoyması haqda da söz-söhbətlər dolaşır. Yəni, səndemə şöbə müdirinin tez-tez 1 saylı tam orta məktəbə getməsinin müəyyən “əmmalar”ı var və bu heç də təsadüfi deyil. Qeyd edək ki, lazımi səviyyədə savadı olmayan, heç bir imtahanda iştirak etməyən Tariyel Əkbərov, imtahandan keçib lazımi qədər bal toplayan müəllimlərin başlarına “minbir oyun” açmaqla məşğul olur. Belə bir halların varlığı, artıq əndazənin aşılması deməkdir. Yəqin ki, qol qoyduğu əməlləri ilə Azərbaycan təhsilinin “üzqarasına çevrilən” Tariyel Əkbərov yarıtmaz idarəçiliyi və belə bir idarəçiliyin varlığı səbəbindən əmələ gələn biabırçılıqlar, təhsil naziri cənab Emin Əmrullayevin diqqətini cəlb edəcək və bu şəxslə bağlı lazımi cəza tədbirləri də görüləcək. Çünki, belə bir şəxsin Masallı təhsilinə rəhbərlik etməsi, heç cür yolverilməz haldır, əslində biabırçılıqdır.

Araşdırmamız davam edəcək, bizi izləyin.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru