Masallıda şəxsi maraqlar öndə, savad, potensial və digər lazımi göstəricilər isə arxa planda tutulur

okt-18
13:26 2021

​ ​ Son bir neçə gündür ki, Xeberfakt.az saytında Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərindən bəhs edib, bu rayonda təhsilin “can verdiyini” hər kəsin diqqətinə çatdırırıq. Yəni, yazıb qeyd edirik ki, Azərbaycanın təhsil sisteminə “üzqaralığı gətirən”, ali təhsil haqqında diplomunu saxta yollarla əldə edən, heç bir halda pedaqoji təcrübəyə malik olmadan hansisa “sehrli əl”in köməyi ilə əvvəlcə rayonun Şıxlar kənd 2 nömrəli orta məktəbinə direktor təyin olunan, RİH Aparatının Memarlıq və Tikinti şöbəsində böyük mühəndis vəzifəsinə təyin olunmasına baxmayaraq, mediada yayılan məlumatlara görə əslində bu qurumda​ 2000-2007-ci illər ərzində​ qapıçı vəzifəsində çalışan Tariyel Əkbərovun bugünkü əməlləri, yenə də diqqət mərkəzindən kənarda qalmır. Belə bir səbəblər üzündəndir ki, bir media qurumu olaraq Masallı təhsilində baş verən çirkin olayları geniş ictimaiyyətin, ələlxüsus təhsil naziri cənab Emin Əmrullayevin diqqətinə çatdırmağı özümüz üçün borc bilirik. Məsələnin maraqlı və təəccüb doğuran tərəfi odur ki, RTŞ-nin müdiri haqda tənqidi məqalələr yayımlandıqdan sonra, birbaşa olmasa da, dolayısı yolla adı çəkilən bu şəxsin mövqeyini müdafiə edən Qardaş Fətullayev adlı şəxs meydana çıxır və o, özünü Masallının ziyalılarından biri hesab edir, YAP Masallı rayon təşkilatının yaradıcılarından olduğunu dilə gətirir, hətta 15 ildir ki, “Masallı Ziyalıları” ictimai birliyinin sədri vəzifəsini daşıdığını da qeyd edir. Daha utanc hissi gətirən halın varlığı isə, guya ki, bu rayonun təhsil sistemində baş verənlərlə bağlı yayımladığımız məqalələrin qeyri-obyektiv olmasıdır, bu rayonun ziyalılarının zəhmətinə kölgə salmağımızdır.​ Əcəba, sən dünyanın işinə bir bax! Bu şəxs özünü ziyalı hesab edib və bizi nələrdə də ittiham edir? O halda sual oluna bilər ki, hazırda Masallı rayon təhsil şöbəsinə rəhbərlik edən Tariyel Əkbərovun ali təhsilə və vəzifə kürsülərinə necə sahib olması, həmçinin bugünkü idarəçiliyinin mahiyyəti və s. haqda az-çox məlumatlara malik olan bir ziyalının, bu gün bizi ittiham etməsinin nə qədər hüquqi və mənəvi əsasları var? Səndemə Qardaş Fətullayev adlı şəxsin Masallı təhsilinə “qənim kəsilən” Tarıyel Əkbərovu müdafiə etməsinin özünəməxsus özəllikləri var. Buna da əsas səbəb, Qardaş Fətullayevin həyat yoldaşı Rəsmiyyə xanım Fətullayevanın, rayonun 1 saylı orta məktəbində üç ixtisas fənni üzrə dərslikləri tədris etməsidir. Bundan əlavə, bu şəxsin gəlini Türkan xanım Fətullayevanın MİQ imtahanlarında iştirak etməməsinə, hətta il ərzində məktəb üzü tanımamasına baxmayaraq, dərs saatları ilə təmin olunması heç də təsadüf nəticəsində baş vermir.

​ ​ ​ ​ ​ Bütün bunlardan əlavə, redaksiyamıza çatdırılan məlumatlara görə RTŞ-nin müdiri Tarıyel Əkbərovun həyat yoldaşı Mehriban xanım Əkbərova, Astara Pedoqoji Kollecində təhsil almasına baxmayaraq, ona rayonun iki məktəbində 36 saat dərs verilib. O halda sual oluna bilər ki, nədən ali təhsilə sahib olan müəllim bir iş yerində bir “stavka” dərs saatı ilə, şöbə müdirinin həyat yoldaşı isə, 36 saat dərs saatı ilə təmin olunur?

​ ​ ​ Bəli, bütün bunlar onu sübut edir ki, ​ Masallı rayon təhsil şöbəsinə rəhbərlik edən Tariyel Əkbərovun həyata keçirdiyi idarəçilik şəxsi maraqlar əsasında davam etdirilir, savad, potensial və digər lazımi göstəricilər arxa planda tutulur, bir sözlə bu rayonda təhsilin məhvi istiqamətində əsaslı addımlar atılır.

Mövzuya qayıdacağıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru