Nazirlik buna MÜDAXİLƏ ETMƏLİDİR... - NARAZILIQ!

okt-18
16:49 2021

Mingəçevir şəhərindəki ümumtəhsil məktəblərində şagirdlərdən valideynlərinin koronavirus əleyhinə COVID-19 pasportunun surətinin gətirmələri tələb olunur.
Bu haqda azadliq.info-ya bir qrup valideyn məlumat verib. Onların sözlərinə görə, bunu övladlarının sinif rəhbərləri bildirib. Bəzi valideynlər bunun sırf onlara aid şəxsi məsələ olduğunu desələr də, müəllimlər göstərişin məktəb rəhbərliyindən deyil, şəhər İcra Hakimiyyətindən gəldiyini iddia ediblər.
Mingəçevir şəhər İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Əsgərov əməkdaşımıza bildirib ki, icra hakimiyyəti tərəfindən məktəblərə bununla bağlı heç bir göstəriş verilməyib. T.Əsgərov məsələylə bağlı Təhsil şöbəsiylə əlaqə saxlamağı tövsiyə edib.
Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev isə məşğul olduğunu bildirərək sonradan özünün bizimlə əlaqə saxlayacağını desə də, sözünə əməl etmədi.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmadığı və bu mövzuda heç bir xüsusi tapşırığın verilmədiyi, yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyulduğu bildirilib.
2021-2022-ci tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev də bu faktı təkzib etmiş, “valideyni vaksinasiya edilməyən şagirdin məktəbə buraxılmayacaq”, deyə tələbin olmadığını bildirmişdi. Nazir onu da əlavə etmişdi ki, yaxşı olardı ki, məktəbə daxil olacaq valideyndə bu pasport olsun.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru