Cənab Kərimov, bunları bilsə yaxşıdır... - İDDİA

noy-12
11:00 2021

Əbülfəz Qarayevin nazir olduğu dönəmdə ölkənin mədəniyyət sahəsində baş verən cinayət əməlləri və korrupsiya halları məhkəmədə sübut olundu.
Bəli, Əbülfəz Qarayevin həbs olunan müavini açıq şəkildə bildirdi ki, hər ay yığdığımız pulları nazirə verirdik. Qarayevin müavini istintaqda hətta konkret rəqəmlər açıqlayıb:
“Sumqayıt regional idarəsinin rəisi ayda 10.000 – 12.000 manat, Xaçmaz regional idarəsinin rəisi ayda 4.000 manat, İsmayıllı regional idarəsinin rəisi ayda 15.000 manat, Kürdəmir regional idarəsinin rəisi ayda 7.000 – 9.500 manat, Ağstafa regional idarəsinin rəisi ayda 2.000 manat, Şəmkir regional idarəsinin rəisi ayda 10.000 – 13.000 manat, Gəncə regional idarəsinin rəisi ayda 12.000 manat, Ağdaş regional idarəsinin rəisi ayda 2.000 manat, Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8.000 manat, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5.000 manat ...” və s. cəm halında il ərzində 600 min manat.
Bəli, bu rəqəmlər birbaşa istintaq materiallarından götürülüb.
Siyahıya Sumqayıt mədəniyyət idarəsi “liderlik” edir- ayda 10-12 min manat.
Bu idarənin tabeçiliyində Sumqayıt şəhəri və Abşeron mədəniyyət mərkəzi var.
Adamdan soruşarlar ki, hər ay bu qədər pul kimlərdən yığılırmış. Məsələn, gəlin görək, Sumqayıt regional idarənin tabeçiliyində olan Abşeron Mədəniyyət Mərkəzi pulu hardan alıb yuxarı verirmiş ?
Özü nə qədər qazanırmış ?
Məlumat üçün qeyd edək ki, Abşeron Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev sabiq nazir Əbülfəz Qarayevin “kadr”larındandır.
Arif Vəliyev 1982-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2009-cu ildə Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin Cəfər Cabbarlı adına Mədəniiyət evinin rəhbəri, 2012-ci ildən isə Sumqayıt şəhəri Diyarşünaslıq klubunun direktoru olub və 2018-ci ildən Abşeron Mədəniyyət Mərkəzinin direktorudur.
Görəsən, Arif Vəliyev yuxarıya ötürdüyü pulları haradan qazanırmış ?
Onu da qeyd edək ki, Abşeron rayon Mədəniyyət Mərkəzi 1984-cü ildə ümumi sahəsi 4510 kvm olan Abşeron rayon mədəniyyət evi (2012-ci ildən Mədəniyyət Mərkəzi adlandırılmış) inşa edilmişdir.
Mərkəzin 400 və 170 tamaşaçı yerlik zalı, 40 iş otağı, 300 kvm foyesi, 51 kvm qarderobçu, 5 sanitar qovşağı vardır.. Mərkəzin 9 klub filialı vardır. (Qobuda, Mehdiabadda, Ceyranbatanda, Novxanıda, Məmmədlidə, Fatmayıda və s )
Və bu klublarda aşıqlar, meyxana deyənlər, kino göstərənlər, müxtəlif kurslar və dərnəklər fəaliyyət göstərir. İndi özünüz hesablayın görün direktor Aruf Vəliyev hər ay nə qədər “yer pulu” yığır. Görəsən bu pulların nə qədər “yuxarıya” ötürülür, nə qədərini Arif müəllim cibinə qoyur ?
Hələ bunlar azmış kimi Arif Vəliyev məktəbləri də “aylığa” otuzdurub. Bu barədə növbəti yazıda. //gundelik-baku.com//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru