Adı “ÖMÜR” olan klinika insanların ÖMRÜNÜ kəsir və ciblərinə girir - ŞOK FAKTLAR

noy-23
08:10 2021

Klinikanın direktoru Tansu Məmmədzadə Avropa Məhkəməsi qarşısında cavab verə bilər…

20 min manat pul alıb uşagı müalicə edə bilməyən “Ömür” klinikası…

Bəzi insanlarımız daha çox sovet nostaljisi ilə yaşayır.
Biz nostalji ilə yaşamağın tərəfdarı deyilik, həm də müstəqil dövlətimiz hər mənada bizim üçün daha dəyərlidir.
Amma bir məsələni də unutmamalıyıq ki, sovet dövründə səhiyyə hamı üçün əlçatan idi. Yəni ölkənin ən kasıb adamı da pulsuz müalicə oluna, hətta ən mürəkkəb cərrahi əməliyyatı keçirə bilərdi.
Sözün qısası hamı üçün səhiyyə xidməti ƏLÇATAN idi..
Bəs bu gün..?
Bu gün kim 7-8 minlik bahalı ürək əməliyyatına girə bilər ?
Bu mövzu dəfələrlə hətta Milli Məclisdə müzakirə olunub.
Yaxud təhsil sahəsinə nəzər salaq.
Sovet dövründə təhsil pulsuz idi.
Bəs bu gün kim illik təhsil haqqı 4-5 min manat olan ali məktəbdə təhsil ala bilər ?
Təkcə statistik məlumata görə, ildə yüzlərlə gəncimiz təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən uzaqlaşdırılır.
Hətta bu yaxınlarda Pedoqoji Universitetin tələbəsi olan şəhid bacısı təhsil haqqını verə bilmədiyi barədə ölkə başçısına müraciət etmişdi.
Bütün bunları yazmaqda məqsədimiz sovet dövrünü vəsf etmək deyil, sadəcə real vəziyyəti göstərməkdir.
Hətta hər gün oxuyuruq ki, koronavirus xəstələri bahalı dərmanları almağa pul tapmırlar.
Bütün bunları nəzərə alan möhtərəm Prezidentimiz ölkədə İcbari Tibbi Sığorta ilə bağlı sərəncam verib. Məqsəd odur ki, tibbi xidmət hamı üçün alçatan olsun.
Təəssüf ki, Səhiyyə nazirliyinin və TƏBİB-in rəhbərliyi bu təşəbbüsü əməli fəaliyyətdə doğrultmur.
Söhbət təkcə dövlət tibb müəssisələrindən getmir.
Təəssüf ki, bu nəcib təşəbbüsü özəl klinikaların çoxu başa düşmür, ya da başa düşmək istəmir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Özəl tibb fəaliyyəti haqqında” qanun 1999-cu ildə qəbul olunub. Və həmin ildən ölkəmizdə özəl klinikalar fəaliyyətə başlayıb.
Belə klinikalardan biri də “Ömür” klinikasıdır.
Bizdə özəl deyən kimi hamı düşünür ki, özümün şəxsi klinikamdır, nə istəsəm edə bilərəm. Əslində belə deyil.
Məlumat üçün qeyd edək ki, “Ömür” klinikasının direktoru, həkim-ginekoloq Tansu Məmmədzadədir. O, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüdür. Gənc həkim-ginekoloq Almaniyada təhsil aldıqdan sonra ölkəmizdə klinikanın direktor vəzifəsinə yüksəlib.
Xanım direktora problemin nə dərəcədə aktual olduğunu aydın etmək üçün bircə faktı onun nəzərinə çatdıraq.
Özəl səhiyyə xidməti ilə bağlı Avropa Məhkəməsinin qərarına nəzər salaq:
“İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsi üzrə pozitiv öhdəliklər DÖVLƏTDƏN TƏLƏB EDİR ki, xəstəxanaları pasiyentlərin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə MƏCBUR EDƏN hüquqi aktlar qəbul etsin. DÖVLƏTİN BORCUDUR ki, xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və tibb işçilərinin məsuliyyətini müəyyən etməkdən ötrü səmərəli məhkəmə sistemi təşkil etsin”.
Başa düşdünüzmü, cənab Tansu Məmmədzadə ?
Özünüz də Avropada təhsil almısınız.
Xanım doktor, Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa Məhkəməsinin qərarlarını icra etməlidr.
Bunu bilirdinizmi ?
Digər bir ciddi məsələyə diqqəti yönəldək.
Bu klinikanın sahibi hansı məmurdur ?
Əlbəttə, klinikanın real sahibi Tansu Məmmədzadə deyil. Çünki gənc xanımda bu qədər pul haradandır ki, klinika üçün ən bahalı avadanlıqları alsın, bina götürsün və digər xərcləri ödəsin. Əlbəttə, klinika hansısa məmura məxsusdur.
Bu məsələni də buraxaq müvafiq orqanların öhdəsinə.
“Ömür” klinikasında qiymətlərin hətta Avropa ölkələrindən bahalı olması və digər problemlər barədə çox yazılıb.
Hətta pasiyentlərə ödədikləri yüksək xidmət haqqına görə çeklərin verilməməsi də ciddi problemdir.
Görəsən, Vergilər Dövlət Xidməti hara baxır ?
Klinikada “qara mühasibatlığın” olması da heç kimə sirr deyil.
Bəs bu çox bahalı qiymətə uyğun tibbi xidmət niyə göstərilmir ?
Bu klinikada xidmət ən aşağı səviyyədədir.
Adı “Ömür” olan klinika təkcə xəstələrin cibini deyil, həm də ömrünü kəsir.
Bəli, hansısa rüşvətxor məmur, yaxud nazir xaricdən bahalı avadanlıqlar alıb klinikaya yerləşdirib. Amma...
Amması odur ki, həkimlər savadsızdır, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur.
Bəli, “Ömür” klinikasında çalışan həkimlər peşəkar, təcrübəli deyillər. Bu klinikada qoyulan diaqnozlara hamı gülür, əslində ağlamalıdır.
Şübhəniz varsa, buyurun FAKTLA tanış olun.
Deməli, vətəndaş bir şirkətə işə düzələndə ondan sağlamlıq haqda arayış istəyiblər. O da “Ömür” klinikasında müayinədən keçib və ona təhlükəli “Hepatit C” aşkarlanması barədə arayış verilib.
Təsəvvür edirsiniz xəstə və ailə üzvləri hansı hala düşüb ? Daha sonra vətəndaş Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzinin Bakterioloji Laboratoriyasında təkrar analiz verib. Məlum olub ki, onda belə bir virus yoxdur.
Bir daha əmin olmaqdan ötrü vətəndaş “Sağlam Ailə”də də yoxlanıb. Yenə də ona bu virusun daşıyıcısı olmaması haqda arayış verilib.
Və vətəndaş məhkəməyə üz tutub. Bu məhkəmə çəkişməsi il yarıma qədər davam edib.
İndi vətəndaşın bu il yarım ərzində çəkdiklərini, mənəvi zərbəni, maddi itkilərini təsəvvür edin.
Buna nə deyirsiniz, xanım Tansu Məmmədzadə ?
Bəlkə, başqa bir rüsvayçı hala nəzər salaq ?
Şikayətçinin sözlərinə görə, 8 aylıq hamilə olan qızı bir neçə aydır yaşadığı ərazi üzrə dövlət klinikasında qeydiyyatdadır. Hər ay yoxlamadan keçib və hamiləliyin gedişində heç bir fəsad aşkarlanmayıb. Çox gözəl.
Ancaq qızı qohumla nikahda olduğunu görən ana qızını müasir avadanlığı olan klinikalardan birində də müayinədən keçirmək qərarına gəlib və…
Yazıq ana “hər gün özünü reklam edən “Ömür” klinikasına gəlib.
“Ödənişlə bağlı heç bir çek vermədilər. Klinikada dopler müayinəsi etdilər. Və guya 8 aylıq dölün beynində şişlər var, beyin mayesi normal deyil”.
Tibb elmində belə uşaqlar şikəst doğulur və doğuş məsələhət deyil.
İndi gənc ailənin durumunu təsəvvür edin.
Və digər iki müxtəlif müayinələr göstərib ki, döl normaldır və heç bir problem yoxdur.
Vətəndaş bu rüsvayçılıqla bağlı “Ömür” klinikasına müraciət edəndə ona nə cavab versələr yaxşıdır?
Gedin hara istəyirsiniz şikayət edin, bizim Milli Məclisdə də, Səhiyyə Nazirliyində də adamımız var.
Bax, budur sənin klinikan cənab baş həkim Tansu Məmmədzadə.
İndi isə keçək rəngi qurumamış fakta.
Cənab Tansu Məmmədzadə !
Bir həftədir ki, ölkə mediasında rəhbəri olduğunuz klinika ilə bağlı video yayılır.
Vətəndaş bildirir ki, klinikanın rəhbərliyi məndən uşağımı müalicə etmək üçün 20 min manat pul alıb və sonda müalicə edə bilməyib, bayıra atıb.
Videoda vətəndaş klinikanın içərisindən canlı olaraq qeyd edir ki, məni klinikanın rəhbərliyi qəbul etmir. Hətta Hüseyn həkim də xəstəyə deyir ki, get kimə istəyirsən şikayət elə..
Xanım Tansu Məmmədzadə !
Yazının girişində Avropa Məhkəməsindən əbəs yerə sitat gətirmədik.
Belə davam edərsə, bir gün sizin klinikanın qeyri-insani fəaliyyətinə, Avropa məhkəməsində baxılacaq.
Xanım Tansu Məmmədzadə, adı “Ömür” olan klinikanız insanların ömrünü kəsməklə məşğuldur.
gundelik baki.com

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru