Elnur Aslanovla bağlı SENSASİON AÇIQLAMA

noy-23
08:30 2021

""Nurçu" şəbəkəsini kimlər dirçəldir? Məqsəd nədir? Bu mövzuda daha geniş və danılmaz faktlarla çıxış edəcəyəm. İllər öncə “Nurçu” şəbəkəsinə daxil olmuş bir sıra məmur elitası vardı hansı ki, aparılmış uğurlu əməliyyat tədbirlərindən sonra darmadağın edilmiş oldu.

Bu şəbəkəyə daxil olanların mütləq əksəriyyəti gənclərdən ibarət idi. Bu qrupun başında da Azərbaycan Respublikası Prezidentin Administratsiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov dayanırdı…

Bu qrup uzun illər ictimai-siyasi proseslərdən təcrid olundu, dövlət içində uzanmış əlləri kəsildi. Amma bu proseslərin tənzimlənməsinə nəzarət bir müddət sonra diqqətdən kənar qaldı. Hazırda bu şəbəkəyə üzv olan bir sıra əsas şəxslər ölkə siyasətində "dirilib", siyasi proseslərin əsas iştirakçısına çevrilməkdədirlər. İstər Fərhad Məmmədov olsun, istər Ceyhun Osmanlı olsun, istərsə də komanda başçıları Elnur Aslanov olsun. Onlar artıq yenidən güc mərkəzinə çevrilməkdədirlər".

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
Elnur Aslanovla bağlı SENSASİON AÇIQLAMA

"Dövlət içində paralel qurumlar yaradan Fətullah Gülən aşiqi olan Elnur Aslanovun nə məqsədə xidmət etdiyi şəxsən mənim üçün qaranlıq olaraq qalmaqdadır. Bu şəxs hazırda adları mənə məlum olan (lakin adlarını yazmağı hələlik məqsədə uyğun saymıram) bir sıra media orqanları yaradaraq ölkə gündəminə təsirlər edərək şəbəkə üzvü olan Fərhad Məmmədovdan “politoloq”, Ceyhun Osmanlıdan “ictimai xadim” və digər başqa şəbəkə üzvlərindən də müxtəlif mövzularda “ekspertlər”, “siyasətçilər”, “siyasi şərhçilər” düzəltməklə məşğuldurlar. Məqsəd və hədəfiniz nədir, cənablar?

Bu "yenidənqurma"nın, bu şəbəkələşmənin arxasında hansı siyasi məqsədlər dayanır? Bu naməlum məqsədlərə aylıq xərclənən yüz minlərlə manat pulun mənbəyi haradandır? Kimə güvənirsiz Elnur Aslanov?!

Hesab edirəm ki, bütün bu suallara zamanında cavab tapılmalı və dövlətimiz üçün inkişaf etməkdə olan təhlükələrlə bağlı qabaqlayıcı, təxirəsalınmaz tədbirlər görülməlidir. Sonra gec olacaq!" - A.Şakiroğlu qeyd edib. /Pravda.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru