Bakıda bağça müəlliməsindən ŞİKAYƏT - "Uşağımdan nə istəyirlər, bilmirəm"

noy-23
18:35 2021
Bakıda bağça müəlliməsindən ŞİKAYƏT - "Uşağımdan nə istəyirlər, bilmirəm"

Bakıda bağça müəlliməsinin uşağı döydüyü iddia edilir.

Bu barədə redaksiyamıza şikayət daxil olub.

Sonxeber.az-ın məlumatına görə, Kərimova Cəmalə adlı valideyn "Səma" uşaq bağçasının işçi heyətindən şikayət edir.

O bildirir ki, bağçada vəzifəsi bilinməyən qadın oğlunu döyüb:

"Kamera ola-ola mənim uşağımı neçə dəfə vurublar. Bu bağça mənim başıma oyun açdı. Bilirəm ki, valideynlər bu mövzuda çox həssasdırlar. İstəyirəm, məlumatlı olsunlar. Bağça Bakıxanovda yerləşir. Videoda görünən xanım uşağın öz müəlliməsi deyil. Heç bilmirəm, o orada nə işlə məşğuldur. Uşaqlar gələndə qızdırmasını ölçürdü, lazım olanda dərmanlarını verirdi, bəzən də kameradan görürdüm ki, dərs də keçir.

Bir dəfə oğlumun qulağından dartıb başından vurmuşdular. Dərhal bağçaya getdim, mənə belə bir şeyin mümkün olmadığını dedilər. Dedim ki, "necə mümkün deyil ki, mən kamerada özüm gördüm". Üzr istədilər, müəllimənin əsəbi vaxtına düşmüş ola biləcəyini, bir də belə bir hadisənin yaşanmayacağını bildirdilər. Yola verdim.

Daha sonra növbəti dəfə uşaq evə gəldikdə üzündə cızıqlar olduğunu gördüm. Soruşduqda isə müəllimənin etdiyini dedi. Yenidən bağçaya üz tutdum, boyunlarından atdılar ki, özü oyuncaq maşınla edib. Buna da "yaxşı" dedim. Amma artıq görürəm ki, mənim övladıma qarşı çox aqressivdirlər. Düzdür, nadinc uşaqdır, anlayıram, ancaq bu onlara döymək haqqı vermir. Videoda açıq-aşkar görünür. Uşağın əlindən topu alır, digər uşağa verir. Qapı tərəf videoda tam görünmür, amma topu necə aldığı, itələdiyi bilinir. 2 yaş yarımlıq uşaq yerə yıxılır, ağlaya-ağlaya qalır. Heç biri götürüb sakitləşdirmir. Uşağımdan nə istəyirlər, bilmirəm".

Sonxeber.az məsələnin doğruluğunu öyrənmək üçün "Səma" uşaq bağçası ilə əlaqə saxlayıb, lakin sərt reaksiya ilə qarşılaşıb.

Belə ki, nömrəsi bağçanın "Facebook" səhifəsində qeyd olunan, özünü köhnə müdir kimi tanıdan şəxs əməkdaşımızı yalançılıqla ittiham edib. Nömrəsinin başqaları tərəfindən bilərəkdən mediaya verildiyini deyib. O, adını təqdim etməməsi ilə yanaşı, məsələ barədə də açıqlama verməyib və əməkdaşımızı hədələyib.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru