Nazir də etiraf etdi: Rayonlar qazancdan niyə məhrum qalıb? - AKTUAL

noy-23
21:16 2021
Nazir də etiraf etdi: Rayonlar qazancdan niyə məhrum qalıb? - AKTUAL

Maliyyə naziri Samir Şərifov dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirakı zamanı çıxışında bildirib ki, satınalmalarla bağlı qaldırılan bəzi məsələlər hökuməti də qane etmir.

Nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən S.Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib.

Qeyd edək ki, sovet rejimi dağıldığı zaman bölgələrdəki bir çox müəssisələrin, fabriklərin, zavodların, eləcə də aqrar sahə öz fəaliyyətini dayandırıb. Bu isə həmin ərazidə yaşayan insanların işsiz qalması, gəlirlərdən məhrum olması demək idi. Artıq ölkəmiz müstəqildir və hər bir sahəni özü inkişaf etdirmək imkanlarına malikdir. Lakin ötən dövrə nəzər saldıqda bu gün bölgələrdə çox nadir hallarda hansısa müəssisənin fəaliyyətə başladığını, kütləvi iş yerlərinin açıldığını görmək mümkündür. Nəinki yeni müəssisələr, hətta sovet dövründə mövcud olmuş sahələrin fəaliyyəti belə bərpa edilməyib.

Maraqlıdır, bu gün sakinləri çalışmaq üçün zavod, fabrik, yaxud hər hansı müəssisə tapa bilməyən, iş dalınca Bakıya üz tutan bölgələr gəliri hardan əldə edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli bunun əsas səbəbi kimi Cebhe.info-ya bildirdi ki, həmin rəqəmlərin özü ölkədə nə qədər primitiv iqtisadi modelin qurulduğunun bariz nümunəsidir:

"Çünki 10 milyonluq ölkədən yalnız Bakı, iqtisadiyyatın, gəlirlərin 90 faizini təşkil edirsə, demək bu disbalans yaranmış bir iqtisadi modeldir. Bütün iqtisadi fürsətlər Bakıda toplaşıb. Əsasən də bu, neft amilinə görə belədi və digər regionların inkişaf etmədiyinin bariz nümunəsidir. Hətta etirafdır ki, hökumətin son illərdə qəbul etdiyi 3 "Regionlaın sosial-iqtisadi inkişaf proqramı"nın icrasında ciddi dönüş olmayıb. Nəticə etibarilə də regionlar kifayət qədər zəif inkişaf edir və əslində bu rəqəmlər həm də onu göstəricisidir".

Eksperttin sözlərinə görə, günah ölkənin düzgün balanslaşdıırlmış şəkildə inkişaf etməməsi və iqtisadi fürsətlərin regionlarda yaradılmamasından doğur:

"Bu da hökumətin birbaşa fəaliyyətinin nəticəsidir. Əgər hökumət regionlarda investisiya şəraitini yaxşılaşdırsaydı, insanların sosial-iqtisadi problemləri ilə bağlı infrastruktur öz həllini tapsaydı o zaman regionların iqtisadiyyatda iştirak payı getdikcə yüksələrdi. Bu rəqəmlər son 20 ildir faiz nisbətində dəyişmir. Mütləq rəqəmlərdə müəyyən dəyişikliklər var, ancaq faiz olaraq 90-nın 10-a nisbəti 2003-cü ildən bəri heç vaxt dəyişməyib”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru