Dünya təhlükədə: əvvəlki münaqişələri yenidən qızışdırırlar

dek-02
19:07 2021

"Dünyanın hər tərəfində münaqişə ocaqları mövcuddur. Bu ocaqların yenidən alovlandırılması prosesinə start verildiyi görünür".

Xeberfakt.az xəbər verir ki, bunu siyasi ekspert Samir Hümbətov deyib. S. Hümbətov bildirib ki, burada iki amil gözə daha çox dəyir:

"Ya köhnə ocaqlar yenidən alovlandırılır, ya da yeniləri yaradılır. Görünən odur ki, dünya gücləri üçün bu lazımdı, xüsusilə dünyanın belə həssas halında.

Artıq Əfqanıstan-İran sərhəddində vəziyyət pisləşib. Ola bilsin ki, burada dini əqidə daha çox qabardılsın, 1980-1988-ci illər İraq-İran müharibəsində olduğu kimi”.

Siyasi ekspert xatırladıb ki, Rusiyanın separatizmə dəstəyi Ukraynanın uzunmüddətli münaqişə ocağına çevrilməsinə gətirib çıxardı:

“Mərkəzi Asiyada hələ də həllini tapmayan Fərqanə vadisi qalmaqdadır. Çin Tayvan üzərində nüfuzunu bərkitməyə cəhd etsə də, ABŞ və Böyük Britaniya tərəfindən ciddi təzyiqlərlə üzləşməli olur. Hindistan və Pakistan arasında 75 ildir bitməyən kəşmir məsələsinin həllində hələ də irəliləyiş yox səviyyəsindədir. İsrail və Fələstin arasındakı bir o qədərlik münaqişə tarixi də yaxın zamanlarda bitənə oxşamır".

Onun sözlərinə görə, İraqda 20 ilə qədər, Suriyada isə 10 ildən artıqdır ki, müharibə bitmək bilmir:

"Dünya 50 milyondan artıq qaçqın axınına şahidlik edir və bu proses hər keçən gün artmaqdadır. Belarus-Polşa sərhəddində baş verən miqran böhranı da məhz bu proseslərin tərkib hissələrindən biri kimi qəbul oluna bilər.

Dünyanı idarə edən güclər üçün hər bir münaqişə ayrılıqda gəlir mənbəyi hesab edilir və ona görə də dünya bitmək bilməyən problemlərlə üz-üzə qalmaqdadır”.

S. Hümbətov sonda əlavə edib ki, COVID-19 pandemiyasından sonra dünya iqtisadiyyatı ciddi şəkildə zərbə alıb. Bu isə yeni münaqişələrin, hətta müharibələrin yaranmasına səbəb ola bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (498)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru