"Azəriqaz" rəhbərliyinin əvvəlki və indiki halı... - Bunları elə Əkbər Hacıyev də edə bilərdi...

dek-02
20:13 2021

Ədalət naminə etiraf edək ki, "Azəriqaz" rəhbərliyi sosial mediada SMM işinin təşkilinə ciddi önəm verir. İstənilən sosial şəbəkədə sıradan bir müraciətə "Azəriqaz" rəhbərliyi səviyyəsində dərhal reaksiya verilir. Mətbuata cavabdeh olan şəxslər adətən susur, çedia uçün açıqlama lazım olanda "qərəzlidir", "maraqlara xidmət edir" deyib ritorika sərgiləyirlər. Standart mətbuat xidməti açıqlaması. Yəni tənqid edən mətbuata belə "ayama" qoyacaqlar. Hələ rəhbərin yanında hətta jurnalistikada öz müəllimlərinin belə ardınca danışacaqlar. Eləbil ki, əyləşdikləri kreslo onlar üçün Məkkədir.

Amma "Azəriqaz"ın prezidenti RUSLAN ƏLİYEV hətta şəxsi mesaj qutusuna daxil olan müraciətlə bağlı özü olmasa da özü kimi görünərək cavab verir. Cavab protokol qaydasıdır. Tutaq ki, siz X rayonunda qaz problemi ilə bağlı müraciət edirsiniz. Müraciətiniz qeydə alınır. Aradan çox qısa bir zaman keçir və sizə müvafiq olaraq yerli rayon təşkilatından kimsə zəng edir. Məsələn bu adam cari iş planı üzrə əraziyə baxmalı olsa da Koronavirusdan təcrid edilsə belə. Məsələn Sabirabad Rayon Qaz Təchizatı İdarəsində biri çalışır və sizin müraciətinizə faktiki ərazidə baxmaq üçün X kəndə baş çəkməlidir. Adam heç bir etik kriteriyaları gözləmədən, heç bir müraciət qaydasına əməl etmədən çığırır-bağırır. Həm də Ruslan Əliyevin adından danışır. Məlum olur ki, adam sadəcə əraziyə cavabdeh şəxsdir.

Ardından adama etiket normalarını anladırıq. Yenə riyayət etmir. Daha sonra bəlli olur ki, adam korona xəstəsidir və bundan sonra başqa bir şəxs telefon edir və yenə də eyni qaydada "Sizin Ruslan müəllimə müraciətinizlə bağlı" ilk cümləylə söhbətə başlayır. Bundan sonra vətəndaş həvəslənir. Sahibkardır. Hansısa yeni bir iş yeri yaratmaq, hansısa texniki şəraitin yaradılması üçün müraciətinə müsbət cavab veriləcəyini güman edir. Əraziyə gəlib baxırlar və bəlli olur ki, sahibkar harasa rəsmi müraciət eməlidir. Hansı ki, cəmi 20 metrlik əsas olmayan, köməkçi qaz borusunu əyərək magistral olmayan yola çıxış verilməlidir.

Beləcə iş dalana dirənir.

Və yaxud da "Azəriqaz" hansısa podratçılarla əlbirdir. Bəli məhz əlbir olaraq illər öncə vətəndaşların öz şəxsi vəsaiti hesabına çəkdikləri qaz xəttinə yeni saysız-hesabsız abonentlər əlavə edir. Əlbəttə ki, ortada maraq var. Maraq da nədən ibarətdir yəqin ki, anladınız. Ruslan Əliyevin xəbəri olmadan həmin rayon qaz idarəsi sənədləşmə aparır. Bundan sonra isə texniki şərt adı altında vətəndaşlarla "alverə" girişir. Səbəbini soruşanda bəlli olur ki, o podratçı şirkətin rəhbəri arxasında "Azəriqaz" prezidenti Ruslan Əliyevi görürür. Vətəndaşların öz hesablarına çəkdiyi qaz xətlərini istədiyi kimi satır. Həm də heç bir texniki şərt, heç bir texniki standart gözlənilmədən. Yeraltı xətləri cəmi 20-30 santimetr dərinliklə apararaq. Bax belə. Ruslan Əliyevin SMM siyasəti yaxşı təşkil edilib. Amma iş sonuca gələndə yenə neqativ, yenə neqativ. Vətəndaşlar isə bütün hallarda nəticəyə baxır....

Gundeminfo.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (494)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru