“Holcim-Azərbaycan” rəsmən AZƏRBAYCANA QARŞI... - TƏHLÜKƏLİ FRANSIZ ƏTİRİ...

dek-04
12:36 2021

İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirən Fransanın "Lafarge" sement şirkətinin Azərbaycandakı törəməsi "Holcim"ə YOX deyək.

Bir il əvvəl, daha dəqiq desək, 16 noyabr 2020-ci il tarixdə Holcim ASC-də ( keçmiş Qaradağ sement zavodu ) baş verən qanun pozuntuları, vergidən yayınma, gəlirlərin gizlədilməsi, zavodun guya rentabelli olmaması səbəbi ilə səhmdarlara dividentlərin verilməməsi, vaxtı keçmiş sement məhsullarının satışı, zavodun ozmankı direktoru fransız Frederik Guimbalın bahalı eyş-işrət məclisləri və digər qanunsuz hallarla bağlı NUH.az saytı olaraq məlumat vermişdik.

Məlumat üçün qeyd edək ki, 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə çevrilib.

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i məşhur “LAFARGE Holcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur.

Ötənilki araşdırma yazısında onu da qeyd etmişdik ki, ermənipərəst Makronun mənfur siyasətini Azərbaycanda davam etdirən, xalqımıza nifrət edən fransız direktor Frderik Guimbal Zəfər bayramı günü sement zavodunun həyətində dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının endirilməsini tələb edib. Hətta Zəfər bayramı ilə bağlı Guimbala söz verilsə də, o xalqımızı təbrik etməkdən imtina edib.

Görəsən, Azərbaycanda milyonlar qazanan fransız Guimbalın xalqımıza nifrətinin kökündə nə dayanır ?

Yuxarıda qeyd etdik ki, zavodun nizamnamə kapitalının 90.2 faizi “LAFARGE-Holcim”ə məxsusdur.

Yəqin ki, LAFARGE adı artıq hamıya, hətta dünyaya məlumdur.

Bir ay öncə Türkiyənin “TRT World” telekanalının təqdim etdiyi sənədli filmdən bəlli oldu ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirib. “Lafarge”nin sementi ilə İŞİD və PKK güclü sığınacaqlar, bunkerlər, istehkamlar və tunellər inşa edib.

İndi görək, terror təşkilatlarını maliyyələşdirən “Lafarge” sement şirkətinin Azərbaycandakı törəməsi “Holcim”də nələr baş verir.

Yuxarıda qeyd etdiyimiz kimi, ötən il Zəfər bayramında “Holcim-Azərbaycan”in direktoru fransız Frederik Guimbalın xalqımızı təbrikdən imtina etməsi, üstəlik Azərbaycan və Türkiyə bayraqlarının endirilməsini tələb etməsi təsadüfi deyildi.

Biz bunu 1 il əvvəl yazmışdıq.

Əziz həmvətənlər !

İndi gördünüzmü, Guimbal kimilər gəlib ölkəmizdə oturub milyonlar qazanır və ermənipərəst siyasət yeridir, xalqımıza nifrət edirlər.

“Lafarge”nin törəməsi olan “Holcim-Azərbaycan”da çalışan Guimbal kimilər bu gün də öz çirkin əməllərindən qalmır.

Belə ki, Vətən müharibəsindəki qələbədən sonra cənab Prezidentin işğaldan azad olunmuş rayonlarda yenidənqurma və bərpa işlərinin sürətlə aparılmasına qarşı olaraq “Lafarge”nin törəməsi olan “Holcim-Azərbaycan”ın istehsal xərclərində heç bir dəyişiklik olmadan sement məhsullarının qiymətini süni artırması buna bir daha əyani sübutdur.

2021-ci ilin 1-ci rübündə Holcim ASC-nin istehsal etdiyi “Optimal”, “Spesial” və “Sprint” sement növlərinin bazarda qiyməti əvvəlki dövrlə müqayisədə 145 AZN-dən 165 AZN-ə qaldırılmışdır.

Aşağıdakı cədvəldə qeyd olunan qiymət artımını aydın şəkildə görmək olar.

Yuxarıdakı cədvəldən açıq şəkildə görmək olur ki, Holcim ASC il ərzində 2 dəfə qiymət artımına getməklə cənab Prezidentimizin apardığı abadlıq, quruculuq və bərpa işlərinə süni maneələr yaradaraq, inkişafımızı ləngitmək və ermənipərəst siyasətini davam etdirməkdədir.

Əziz həmvətənlər !

Holcim ASC-nin Azərbaycanın sement istehsalında və satışnda payının 60 %-dən çox olduğunu nəzərə alsaq qiymətlərin bu cür süni şişirdilməsi hər bir vətəndaşın həyatına neqativ formada təsir edib.

Buradan İtisadiyyat naziri hörmətli Mikayıl Cabbarova müraciət edərək “Holcim”də baş verən süni qiymət artımlarının obyektiv araşdırılmasını və səbəbkarların cəzalandırılmasını xahiş edirik.

Əminik ki, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi altında azad olunmuş torpaqlarımızda bərpa və quruculuq işlərini tezliklə başa çatdıracaq.

P.S. "Holcim"in istehsal etdiyi sementlər ermənilərə ucuz qiymətə necə ötürülür ?

NUH.az saytı növbəti yazıda bu məsələyə aydınlıq gətirəcək. //nuh.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (516)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru