Xəbərlər

Xaraba günə qalan ŞƏMKİR... - BU DA BU...

dek-06
16:49 2021
Xaraba günə qalan ŞƏMKİR... - BU DA BU...

Gördüyünüz fotolar bu gün, 2021-ci il, dekabrın 6-da Şəmkirin bir neçə küçəsində çəkilib. Rayon sakinləri deyirlər ki, ümumilikdə Şəmkirin bütün küçələri bu vəziyyətdədi, zibil dizə qalxır. Şəmkirlilər onu da deyir ki, köhnə başçı Alimpaşa Məmmədovun dövründə şəhər küçələrindən zibili həftədə bir dəfə yığışdırırdılarsa, yeni başçı Rəşad Tağıyev ay olmamış zibil yığışdıranlara əziyyət vermir.
TİA.Az məlumat verir ki, bu işi Şəmkir Kommunal Müəssisələr Kombinatı həyata keçiməlidir. Rəşad Tağıyev başçı təyin olunandan sonra Şəmkirə əsasən kənar rayonlardan və daha çox Bakıdan kadrlar dəvət edərək vəzifələrə təyin edir. Bu baxımdan Şəmkir Kommunal Müəssisələr Kombinatı da istisna deyil.
Rəşad Tağıyev bu vəzifəyə təyin etmək üçün Alişan Yusibovu Bakıdan dəvət edib. Qəribə olsa da, Alişan Yusibov dəvəti qəbul edib və 340 manat maaşı olan vəzifədə işləmək üçün Bakıdan Şəmkirə gəlib.
Şəmkirlilər Bakıdan gələn Alişan Yusibovun zibil yığmaq sevgisinin yaranmasını ona qədər bu vəzifədə olmuş Teymur Hacıyevin qəfil varlanması səbəbi ilə əlaqələndirilər. Deyirlər ki, Alimpaşa Məmmədovun kadrı Teymur Hacıyevin həmin vəzifəyə təyinat alana qədər ortabab dolanışığı olub. KMK-də işlədiyi dövrdə isə onun cəh-cəlalını Bakıdan belə görürdülər.
O, həftədə bir dəfə zibil yığıb varlanmağının “zibilinə düşüb” 2 dəfə Korrupsiya İdarəsinin “qonağı” olub. Hər dəfə də Alimpaşa Məmmədov baş zibilyığanını düşdüyü “zibil”dən təmiz çıxarıb.
Rəşad Tağıyevin kadrı Alişan Yusibov isə Şəmkir küçələrindən zibili ayda bir dəfə yığır. Bu hesabla o, Teymur Hacıyevi çox üstələyib. Şəmkir küçələrində zibil artdıqca, baş zibilyığanın maddi baxımdan qayğıları azalıb yoxa çıxmaq üzrədir.
Hər kəs bilir ki, Şəmkir Azərbaycanın varlı rayonlarındandır. Burada qiymətlər, həmçinin mənzil kirayəsi qiymətləri də Bakıda olduğundan az deyil.
Alişan Yusibov Şəmkirə gələndən sonra ayı 500 manata ev kirayələyib. Halbuki, 340 manat maaşla bu mümkün deyil. Ortada korrupsiya yoxdursa, Alişan Yusibov Şəmkirdə necə məskunlaşıb? Şəmkir küçələrinin zibili niyə bu qədər cəzbedicidir?
Üstəlik Rəşad Tağıyev Alişan Yusibovu Şəmkirdə baş zibilyığan təyin edərkən özü şəxsən Kommunal Müəssisələr Kombinatına yollanıb. Onu kollektivə təqdim edib. Məntiqlə, belə bir təqdimatı olmuş kadr Şəmkirin küçələrinin təmizliyinə xüsusi diqqət yetirməli idi. Amma fotolardan da göründüyü kimi tam əksidir.
Bəs, belə olan halda Rəşad Tağıyev Alişan Yusibovu Şəmkirin baş zibilyığanı vəzifəsinə təyin edəndən sonra niyə şəxsən kollektivə təqdim etsin ki?
Şəmkirlilər deyir ki, Rəşad Tağıyev bu hərəkəti ilə hər kəsə Alişan Yusibovun onun adamı olması mesajını ötürüb.
Zibil yığmaq sahəsində Alişan Yusibovun xüsusi bir bacarığı olmadığı göz qabağndadır.
Onun əvəzinə əlində ali təhsil haqda diplomu olan, günü iş axtarmaqla keçən şəmkirli təyin olunsaydı, bu gün Şəmkir küçələri bu vəziyyətdə olardımı?
220 min əhalisi olan Şəmkirdə zibilyığanlara rəhbərlik edəcək azı 2 200 nəfər işsiz-gücsüz, Alişan Yusibovdan dəfələrlə səriştəli kadr tapmaq olar. Nə sirri-xudadırsa, Rəşad Tağıyev bu işi şəmkirlilərə etibar etmək istəmir.
Əsas məsələ Şəmkir küçələrinin səliqə-səhmanda saxlamaq üçün ayrılan böyük büdcə pulları olmasın?
Bunu Rəşad Tağıyevlə Alışan Yusibov yaxşı bilər. Bir də onların sələfləri – bu gün DTX təcridxanasında günlərini sayan Alimpaşa Məmmədovla Teymur Hacıyev…
Şəmkirin müsibəti bununla bitmir. Rəşad Tağıyevin təyinatları Şəmkirdə təkcə zibili dizə çıxarmayıb, şəmkirlilərin qəzəbini də boğaza dirəyib.



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (326)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru