Valideynlərdən yığılan “fond pulu” xadimələrə verilir? - İDDİA

dek-07
08:54 2021
Valideynlərdən yığılan “fond pulu” xadimələrə verilir? - İDDİA

Məktəblərdə valideynlərdən yığılan “fond pulu” yenə də narazılıqlara səbəb olub. Əsasən da votsap qruplarında Valideyn-Müəllim komitələri ilə valideynlər arasında üzvlük haqqının yığımına görə mübahisələr yaranıb.

“Yeni Müsavat”a müraciət edən iki övladı məktəbə gedən Nərgiz Əliyeva (ad şərtidir) bildirib ki, hər ay məktəbə pul ödəməkdən cana gəlib: “İki övladım var, oğlum birinci sinifdə, qızım 5-ci sinifdə oxuyur. Siniflər üzrə qiymətlər müxtəlifdir. Elə sinif var, aya 3 manatdan, eləsi var 6 manat, bəzi siniflərdə isə 10 manatdan pul yığırlar. İlk vaxtlarda mən də həmin Valideyn-Müəllim Assosiasiyasına üzv idim, həmin valideynlərin də ayrıca votsap qrupları var, orada ayrıca müzakirələr aparırlar. Mən sonra özüm imtina etdim. Öyrəndim ki, pullar valideynlərdən yığılır, məktəbdə xadimənin, mühafizəçinin əmək haqqı həmin yığılan pullardan ödənilir. Düzdür, printer üçün kağızı da o pulla alırdıq. Məktəbdə projektoru oğurlamışdılar, onu da yığıb aldıq. Amma bu qədər də olmaz axı. Nəyə görə valideyn mühafizəçinin, ya da xadimənin pulunu verməlidir? Nə vaxta qədər məktəblərdə belə ”bazar" münasibəti olacaq? Uşağımı götürüb başqa məktəbə apara bilərəm, amma bütün məktəbləri soraqlamışam. Hər yerdə vəziyyət eynidir. Nə edək, Azərbaycandan gedəkmi? Adımın çəkilməsini də ona görə istəmirəm ki, müəllimə uşağımı sonradan sıxışdırmasın".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Müsavat”a bunları deyib: “Qeyri-qanuni ödənişlərlə bağlı əgər fakt varsa, hansı məktəbdə baş veribsə, valideynlər xəbər versinlər, biz də bunu araşdıraq və müvafiq tədbirlər görək. 4500 məktəbin hamısını yoxlamaq mümkün deyil. Ona görə xahiş edirəm ki, hansı məktəbdə olubsa, açıq deyilsin. Qanunvericilikdə də qeyd edilib ki, anonim olmayan sorğular yoxlana, araşdırıla bilər”.

Nazirlik rəsmisi, “xadimələrə, mühafizəçilərə dövlət tərəfindən maaş verilmirmi, valideynlər onların məvacibini ödəyir” sualına belə cavab verib: “Xadimə texniki işçidir, təbii ki, onun maaşı dövlət tərəfindən ödənilir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru