Universitetdə elmi işçi kimi çalışan tanınmış şanson ifaçı kimdir? - MÜSAHİBƏ

dek-08
11:00 2021

Hazırda söhbət açacağımız sənətçi illərdir ki, bu sahədədir. Onu "Bakı Payızı" müsabiqəsindən daha yaxşı xatırlayarsınız. Bununla yanaşı vətənpərvərlik musiqilərin müəllifi və ifaçısı kimi də tanınır. Rəşad İsmayıl "Ana himni", "Can qardaşı, qan qardaış, şan qardaşıyıq biz" və s. musiqilərin ifaçısıdır. O Elçin İmanov, Rəvan Habiloğlu və Şahin Musaoğlu kimi bəstəkarların musiqilərini ifa edib. Sənətçimiz müğənnilik fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğul olur.
Tanınmış şanson ifaçı Rəşad İsmayıl ilə olan müsahibəmizi təqdim edirik:
Mən Sovet İttifaqı dövründə dünyaya göz açmışam. Həmin vaxtlarda məktəblərdə yaradıcılıq qabiliyyət formalaşdırılırdı. Gənclik illərimizdə kiçik tamaşalarla çıxışlarımız da olub. Artıq 8 yaşımdan musiqi məktəbinin fortepiano sinfinə getməyə başladım. Eyni zamanda, xor sinifinə getmişəm. Oranı uğurla bitirdim. Tələbəlik illərimdə isə Xəzər küləyi Kasparın(yəni Xəzər gəmiçiliyi) nəzdində fəaliyyət göstərən şən və hazırcavablar komandasının iştirakçısı olmuşam. O vaxt çox aktual idi. Orda fəaliyyət göstərmişəm. Bir müddət qeyri-dövlət sektorunda çalışdım. Azərbaycan Dövlət Kooperasiya Universitetinin məzunu olmuşam. Bir müddət müəllim kimi də universitetdə elmi işçi kimi fəaliyyət göstərmişəm. Bəzi tələbələrim olub ki, biznes sahəsi ilə məşğul olub. Özlərinə biznes açıblar. Eyni zamanda idmanla da məşğulam. Aykido və fitneslə məşğulam. Ailəliyəm, bir oğlum var. 13 yaşlı oğlum Yusuf İsmayıl da həm musiqi ilə, həm də idmanla məşğuldur. Nailiyyətləri də var. Efirdə mənimlə birgə çıxışlar edib.
Hansı müsabiqələrdə çıxış etmisiz?
Bir sıra müsbiqələrdə çıxış etmişəm. 2015-ci ildə Müdafiə Nazirliyinin "Vətən Uğrunda" hərbi vətənpərvər mahnı müsabiqəsi keçirildi. Müsabiqənin qalibi mən oldum. Mən niyə birinci yerə seçildim? Çünki oxunmuş mahnıları yenidən ifaə etdmədim. Yeni yazılan mahnını ifa edərək qalib gəldim.
Musiqi sənətinə gəlməyinizi necə xatırlayırsınız?
Mənim yaradıcılıq sahəsinə gəlməyim 2002-ci ilin may ayından başlanır. Çünki, həmin vaxtı "Bakı Payızı" müsabiqəsində çıxış etmişəm. Mən də o müsabiqədən çıxıb müğənnilik fəaliyyətimə başlamışam. Sonra "Liman" qrupunu yaratdıq. Qrupla birgə duetlərimiz olub. Sözügedən qrupumuz çox fəaliyyət göstərməyib. Çünki qrup üzvlərindən biri ölkəni tərk etdi. Mən də tək qaldım. Həmin ərəfələrdə artıq aspirant idim. Universitetdə dərs deməyə başladım. Amma, müğənnilik fəaliyyətimi də atmadım. Tələbəlik illərimdə anama həsr olunmuş musiqi yazdım. On üç ildən sonra mən mahnını ərsəyə gətirə bildim. Bu da anamın 60 illiyinə təsadüf edib. Musiqini aranjiman edəndən sonra, anamı da klipə çəkdim. Eyni zamanda kino filmlərdə də rol almışam. "Satko" serialında Rusiyadan gəlmiş əməliyyatçı rolunda çəkilmişəm. Daha sonra "İzi itməyən cinayətlər" filmində rol aldım. Özüm də film çəkmək arzusunda olmuşam. Hətta bununla bağlı ssenarilər də yazmışam.
Vətən müharibəsi ilə bağlı musiqi bəstələmisiniz? Əgər, bəstələmisizsə bu mövzuda klip çəkməyə hazırlaşırsızmı?
Bir dəfə bəstəkar Elçin İmanov tərəfindən hərbi vətənpərvərlik musiqisinin ifa edilməsi ilə bağlı təklif gəldi. Musiqi rok janrında idi. Mahnının Mətbuat Mərkəzində təqdimat mərasimi də olmuşdur. Hərbi vətənpərvərliklə bağlı musiqilərimiz çoxdur. Vətən mövzusu mənim ən həssas yerimdir. Vətənlə bağlı bağlı nə varsa, hər zaman iş görməyə hazıram. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində müharibəyə də getməyə can atırdım. Təəssüf ki, məni aparmadılar. Dedilər ki, siz də öz sahənizdə xidmət göstərin. Sözsüz ki, bu ərəfələrdə efirlərdə hərbi mahnılar ilə çıxışlar edirdim. Ruh yüksəkliyinə çalışırdım.
Dahi bəstəkarımız Cahangir Cahangirovun "Cənnətim Qarabağ" mahnısını yeni aranjimanda səsləndirdim. Şövkət xanım Ələbərova musiqinin möhrünü vurub. Mən sadəcə yeni aranjiman ilə rok janrında ifa etdim. Bu musiqini qələbə qazandığımız gündən səsləndirmişəm. Hətta, efirlərdə yayımlanıb. Çünki musiqidə bayram əhval-ruhiyyəsi yaşanır. Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına həsr olunmuş layihəm olacaq. Bunu gələn ilin yanvar-fevral aylarına planlaşdırıram.
Hansı müğənnilərlə dostluq əlaqəniz var?
"Qala qrupu", Ədalət Şükürov, Rəşad İlyasov, İzzər Bağırovla münasibətim yaxşıdır. Ümumilikdə götürdükdə isə bir sıra sənətçi dostlarım var. Rəhmətlik Səməd Səmədovla da münasibətim yaxşı olub. "Qala Qrupu"ndan Xəyyam Xəlilovla dostluq əlaqələrim var.
Sizcə müğənninin ali təhsili olmalıdırmı? Çünki bu sənətə qeyri-peşə sahəsindən gələnlər olub.
Kimisi Allahın verdiyi verdiyi istedadla dünyaya göz açır, kimisi isə oxuyaraq bu sahənin mütəxəssisi olur. Bu günki günümüzdə də müğənnilərin sayı çoxdur. Ümumən müğənnilərin sayı dünyada çoxalıb. Nədənsə bu peşəni ucuz bilirlər. Amma unutmayaq ki, bu ən ağır peşələrdən biridir. Əgər oxuya da bilsələr tamaşaçını cəlb edə bilmirlər. Efirə baxanda görərik ki, nə qədər tanınmış adamlar var. Amma onlar sənət üçün yaşamaq əvəzinə toy üçün yaşayırlar. Məşhur sənətçilərimiz Şövkət Ələkbərova, Rəşid Behbudov, Oqtay Ağayev, Müslim Maqamayev toyu fikirləşiblər?...Amma, onların adları hələ də tarixdə sadalanır. Unudulmayan sənətçilərimizdir. Digər tərəfdən, əməkdar artist və ya xalq artisi adına qaçan sənətçilərimiz də var. Bu təfəkkür anacaq keçmiş SSR dövründən gəlir. Nə vaxtsa eşitmisiz ki, xalq artisti Maykl Cekson?...Amma, onu kütlə sevir. Estradanın ulduzu kimi tanıyırlar. Sənət arxasınca qaçandan sonra hamı sizi axtaracaq. Oxumaq bu sahədə musiqiçiyə lazımdır. Amma bu sahənin də özünəməxsus sirləri var. Onu da qeyd edim ki, Teymur Əmrah az müddət də olsa mənə müəllimlik edib. İnsan var ki, musiqi təhsili var. Amma, oxumağı bacarmır. Necəki hər bir dilin öz qrammatikası var, musiqinin də öz qrammatikası var. Məsləhətdir ki, oxuduqları kimi də öyrənsinlər. İfaçının musiqi təhsilinin olması mütləqdir.
Bəzən ara musiqilərin ifaçısı kimi təqdim edilən Üzeyir Mehdizadə tənqid hədəfinə çevrilir. Amma, sosial şəbəkələri izlədiyimiz zaman onun milyonlarla izləyicilərinin olduğunu müşahidə edirik. Amma buna baxmayaraq bəzi sənətçilər tərəfindən tənqid atəşinə tutulur. Sizcə, bunun səbəbi nədir?
Tək Üzeyir deyil, digərlərini də tənqid edirlər. Bugünki günümüzdə sosial şəbəkələr insanı daha çox tanıtdırır. Əvvəl sosial şəbəkələr olmayıb. Amma televiziya və radio olub. O vaxt senzuranın olması hər kəsin efirə çıxmasının qarşısını alıb. İndi senzura yoxdur. Hazırda hər şey maddiyyata və sosial şəbəkə üzərindən tanıdılmaya yönəldilib. Üzeyiri pisləmirəm. Amma, fanatı da deyiləm. Gənc yoldaşımızdır. Bəyənənlər də var. Biz deməklə nə dəyişəcək ki?...Tənqid olamasa, irəliləyiş də ola bilməz. Məni də tənqid edənlər çox olub. Hazırda da edirlər. Tənqidin olmasının özü də bir qüvvədir. İnsan tənqidlə bərkiyir.
Daha çox hansı hansı janrda olan ifaları bəyənirsiz?
Çalışmaq lazımdır ki, hər zaman var olduğunu göstərəsən. Nə vaxtsa o mahnı öz kütləsini tapacaq. Əslində mən şanson ifaçı sayılıram. 20 ildir ki, bu cür ifalar edirəm. Yerindən duran deyir ki, mən şanson ifalar edirəm. 20-ci əsrin əvvələrində bu cür ifalara bayağı musiqilər kimi baxırdılar. Amma, musiqi dünyasında ən aktual janr sayılır. Çünki şansonda xalq üslubu, vokal və roku müşahidə etmək olar. Şanson ifalar edən İlqar Muradovla çox yaxşı münasibətim var. Məsələn, mərhum korifey sənətkarımız Oqtay Ağayev estrada janrından əlavə şanson musiqləri də ifa edirdi. Onun vaxtında şanson sözü ortalıqda olmayıb. Şanson janrı Fransada yaranıb. "Şansonye" sözündən götürülüb. Mənası "mahnı, musiqi" deməkdir. Xalq artistimiz Eyyub Yaqubovla da çox yaxşı münasibətim var. O da şanson ifalar edir. Amma, xalq üslubunda oxuyan sənətkarımızdır. Rəqabət çoxalıb. Amma gərək ifaçı da durmadan özünü doğrultmağı bacarmalıdır. Hər bir sahədə əziyyət çəkmək lazımdır. Onu da qeyd edim ki, Rusiyanın tanınmış şanson ifaçıları ilə duetlərim olub.
Gələn ildə konsert verməyi planlaşdırırsız?
Tədbirlər olanda gedib çıxışlarımı edirəm. Təkcə mənim konsertim olmayıb. Xeyriyyə və vətənpərvərlik yönümlü konsertlərdə çıxışlar etmişəm. Mən ispansayağı musiqilər də ifa edirəm. Bir neçə hissəli konsert etməyi fikirləşirəm. Layihələrimdən biri artıq hazırdır. Mən mahnılarımı yazanda maddi marağı güdmürəm. İstəyirəm ki, illər keçsə belə adım tarixdə sadalansın.
Paxıllığınızı çəkən sənətçilər olub?
Hər bir sahədə olduğu kimi bu sahədə də paxıllıq çəkənlər çoxdur. Məsələn, ara müğənnilər var ki, onlar intiriqa yaradılar. Onlar o qədər də tanınmış deyil. Amma mən kimliyindən aslı olmayaraq, hamı ilə xoş münasibət yaratmağa çalışıram. Əziyyət çəkən hər bir insana çox böyük hörmətlə yanaşıram.
Müsahibə üçün təşəkkürümüzü bildiririk.
Sağ olun.








Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (517)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru