Sabunçu ərazisində yaşayan bu ailə yoxsulluq içində yaşayır - DÖRD AZYAŞLI ACDIR

dek-08
14:47 2021

Sabunçu rayonu, Emir Bağırov küçəsində yaşayan Şayirə Mürsəlova müraciət edərək, həyat yoldaşı Şakir İsgəndərovun əlil olmasına baxmayaraq pensiya ala bilmədiyini deyir. Hazırda yoxsulluq içində yaşayan ailə nə sosial müavinət, nə də pensiya ala bilir. Şikayətçi aidiyyatı orqanlara müraciət edib:
"Gürcüstan vətəndaşıyam. Hazırda ailəmlə Azərbaycanda yaşayıram. Yoldaşım Astara rayonundandır. Dörd azyaşlı övladım var. Həyat yoldaşım İsgəndərov Rahim Şakir oğlu belindən əlildir. O dərnəgül xəstəxanasında yatıb. Uşaq vaxtı xəstəxanadan çıxarkən kağız almayıb. Valideynləri də rəhmətə gedib. İndi həmin xəstəxananı dəyişiblər. Deyirlər ki, kağız olmadan pensiya verə bilmərik.
Özüm də dializ və talasemiya xəstəsiyəm. Eyni zamanda, üç yaşlı övladım da talasemiya daşıyıcısıdır. Bir otaqlı olan taxtadan olan tikilidə məskunlaşmışıq. Nə sosial yardım, nə də pensiya ala bilmirik. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Amma müraciətimi cavabsız qalır. Çox pis vəziyyətdə yaşayırıq. Həyat yoldaşımın savadı olmadığından dəmir-plasmas qablar yığıb satır. Digər tərəfdən yoldaşımın iş yeri olmadığına görə biz sosial müavinət də vermirlər".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru