Xəbərlər

Üzən məzənnə manatı "batıracaq"? - İqtisadçıdan bədbin PROQNOZ

dek-09
13:15 2021


“Bir müddət sonra ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyevin milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanların olması ilə bağlı fikrinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı hesab edir ki, məzənnə sadəcə iqtisadi göstəricilərdən biridir, məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır və ayrıca bir simvol kimi dəyərləndirilə bilməz:

“Eyni səhv 2005-2015-ci illərdə edildi, sabit məzənnə rejimi ilə 10 il ölkə yaşadı. Daha sonra öncəliklə sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərcləndi. Vəziyyəti qorumaq mümkün olmadıqda isə üç addımlı devalvasiyaya gedildi. Manat dollara qarşı əvvəl 1.05 AZN, sonradan 1.55 AZN və ən sonda isə 1.70 AZN təyin edildi. Artıq 4 ildən çoxdur ki, sabit məzənnə rejiminə görə məzənnə dəyişmir, amma manatın alıcılıq qabiliyyəti ölür. Bu isə ən azı devalvasiya qədər təhlükəli prosesdir.

Azərbaycanda manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirməklə, yenə eyni səhvi edirlər. Amma indiki proses daha təhlükəlidir. Bir müddət sonra manatın məzənnəsi düşəcək və bu zaman ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq.

İndiki primitiv “boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil. Çünki üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür. Ölkəmizdə isə manat ancaq bir amildən asılıdır. Hökumətin iqtisadi modelinin olmaması məzənnəni sabitlik simvoluna çevirib və buna sitayiş edilir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (326)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru