Xəbərlər

Qazaxıstanda 20 min quldur var, atışma gedir: rusun planı nə ? CANLI müzakirə-VİDEO

yan-07
16:38 2022
Qazaxıstanda 20 min quldur var, atışma gedir: rusun planı nə ? CANLI müzakirə-VİDEO
Sülhməramlılar Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Almatı hava limanını nəzarətə götürüblər. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.

Konaşenkov hazırda Rusiyanın Almatıdakı baş konsulluğunun və digər mühüm obyektlərin mühafizə altında olduğunu bildirib.
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev xalqa müraciətində deyib ki, Almatıya 20 min quldur basqın edib. “Silahlılar silahı yerə qoymayıblar, onlara qarşı əməliyyatlar davam edir”, - Tokayev bildirib.

70-dən çox İl-76 təyyarəsi və 5 An-124 təyyarəsindən ibarət qrup KTMT qüvvələrinin Rusiya kontingentini dayanmadan Qazaxıstana daşıyır. Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov deyib.

Rusiyanın cənub sərhədləri ilə bağlı planları barədə iki il bundan öncə “Rand” tədqiqat mərkəzinin hazırladığı hesabat yenidən tirajlanıb. Hələ o zaman ABŞ-ın “Rand” (tədqiqat və inkişaf) strateji araşdırmalar mərkəzi Rusiyanın yaxın iki ildəki hərəkətlərinin mümkün ssenarilərini tərtib edibmiş.

Bu sənəd ABŞ-ın “Rusiyanı cilovlamaq” siyasətinin işlənib hazırlanmasında vacib rol oynayıb və oynamaqdadır.

2020-ci ildə dərc olunan bu hesabatda Rusiyanın Qazaxıstan üzərində nəzarəti ələ keçirməsi ssenarisi təhlil olunub. Müəlliflərin iddia edib ki, Rusiya ən yaxın tarixdə “tektonik dəyişikliklərə” sürüklənəcək.

Rusiya özünün cənubi-şərq sərhədlərini gücləndirmək, eyni zamanda Qazaxstan kimi zəngin ölkəyə nəzarət etmək və Çinlə sərhədlərini möhkəmlətmək üçün Almatıya 14 min əsgər gətirməlidir.

Bu gün TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə politoloq Vaqif Hüseyn son hadisələri, qaynar-qaynar xəbərləri, Qazaxıstan gündəmini müzakirə edirlər. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (329)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru