Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır - Cavanşir Paşazadə

yan-12
11:32 2022

Milli Məclisin deputatı Cavanşir Paşazadə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən geniş bəhs edərək bildirib ki, bu mühüm addım tarixi torpaqlarımıza qovuşmaqdan keçirdiyimiz sevinc hissinin, eyni zamanda, bu ərazilərin, Qarabağın tacı Şuşanın sahibinin Azərbaycan xalqı olduğunun bir daha dünyaya təqdimatıdır:
“Baxmayaraq ki, ermənilər 28 illik işğal dövründə Şuşanı erməniləşdirmək üçün nə qədər cəhdlər göstərdilər. Amma Şuşa əsarətdə qalsa da əyilmədi, milli kimliyimizi və qürurumuzu qorudu.

Şuşa gec-tez qayıdacağımızı bilirdi və gözləyirdi. 28 ildə Azərbaycan daha da gücləndi, həm informasiya cəbhəsində, həm də döyüş meydanında üstünlüyü qazanmaq üçün zəruri olan bütün imkanlara malik oldu. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz güclü, qüdrətli ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində xalqmızın torpaq həsrətinə son qoydu, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmaqla bütün dünya azərbaycanlılarını qururlandırdı.

İşğaldan azad edildiyi gündən bu ərazilərimizə yeni nəfəs verildi, erməni vəhşiliklərinin, dağıntıların quruculuqla əvəzlənməsi üçün səylər göstərildi. Müasir idarəçilik sistemi ilk olaraq Şuşada yaradıldı. Qarabağın tacında Prezidentin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Atılan hər bir addımda ümumi məqsəd Şuşanı əvvəlki simasına qaytarmaq, mədəniyyət paytaxtımız, musiqi beşiyimizdə illərin ənənələrini bərpa etməkdir.”

Cavanşir Paşazadə onu da qeyd edib ki, Şuşanın işğaldan azad edildiyi günün, 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi də özündə bir çox məqamları ehtiva edir: “Bu addımdan sonra Şuşa ilə bağlı görülən işlərə diqqət yetirmək kifayətdir. Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Möhtərəm Prezidentimizin ötən ilin yanvarında Şuşaya ilk səfərindən bu günədək atılan addımların hər biri tarixi hadisə kimi yaddaşlara həkk olunub. Şuşa təkcə şuşalıların deyil, bütün dünya azərbaycanlılarının sevimli şəhəridir.
Hər daşı, qayası tarix olan Şuşa erməni vəhliklərinə şahidlik etməklə bir daha bu reallığı təsdiqləyir ki, əgər mənfur düşmənin apardığı təbilğata görə Şuşa onlara məxsus idisə, nə üçün işğal illəri ərzində bir daş daş üstə qoyulmayıb. Hara baxsan dağıntıların şahid olarsan. Şuşaya səfər edən hər kəs ermənilərin törətdikləri vəhşilklərdən dəhşətə gəlir.

Amma dövlət başçısı, Müzəffər Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədini verərək son bir ildən artıq dövr ərzində bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.
Qısa müddət ərzində Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.”

Millət vəkili bildirib ki, Şuşanın bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq: “Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Şuşa bu gün tarixi sahiblərinə qovuşduğu, eyni zamanda, dirçəldildiyi üçün sevinclidir. Hər zaman qonaqlarını qarşıladıqca 28 illik həsrətini bir anlıq da olsa unudur, Azərbaycan xalqının necə məğrur, yenilməz olduğunu işğal dövründə əyilməməsi ilə təsdiqlədiyi üçün özünü xoşbəxt hiss edir. “Şuşa İli” hələ daha çox yeniliklərlə yadda qalacaq. Dünyaya səs salan Şuşa əməliyyatı bütün məqamları ilə öyrəniləcək, beynəlxalq ictimaiyyətə təqdim ediləcək.”

Cavanşir Paşazadə belə bir ümumiləşdirməni aparıb ki, “Şuşa İli” Böyük Qayıdışın daha da yaxınlaşdığını nümayiş etdirir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” layihəsi çərçivəsində bərpadan sonra sakinlərini qarşılayacaq. Xalqımız əmindir ki, necə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdik, elə də onların bərpasını uğurla başa çatdıracağıq. “Şuşa İli” tarixə bu uğurumuzu yazacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru