Xəbərlər

Milli Məclisin deputatı Pakistanda İƏT PA-nın tədbirində iştirak edəcək

yan-22
12:09 2022
Milli Məclisin deputatı Pakistanda İƏT PA-nın tədbirində iştirak edəcək
Milli Məclisin deputatı Pakistanda İƏT PA-nın tədbirində iştirak edəcək.

Xeberfakt.az bildirir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) işçi qrupunun iclasında iştirak etmək üçün yanvarın 24-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə səfər edəcək.

Tədbirə Türkiyə və Pakistanın parlamentlərinin nümayəndə heyətləri də qatılacaqlar.

Toplantıda İƏT PA Katibliyinin strukturu, işçi heyətinin nizamnaməsi və səlahiyyətləri, habelə büdcəsi və maliyyələşməsi ilə bağlı sənədlər müzakirə olunacaq. İclas çərçivəsində İƏT PA-nın Üçüncü Ümumi Konfransına hazırlıq məsələləri üzrə də fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Səfər yanvarın 28-də başa çatacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru