Xəbərlər

İlham Əliyev Çin sədrini təbrik etdi

yan-31
17:26 2022
İlham Əliyev Çin sədrini təbrik etdi
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu göndərib.

Xeberfakt.az bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr, Sizi və Sizin simanızda dost Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Dərin tarixi kökləri olan və xalqınızın zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayır, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamımı ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm"

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru