Xəbərlər

SDU-da Riyaziyyat fənni üzrə olimpiada keçirildi

may-14
16:30 2022

 


 

Mayın 14-dəRiyaziyyat fakültəsinin təşkilatçılığı iləSDU-nun 60 illiyinə həsr olunmuş Riyaziyyat fənni üzrəI-III kurs tələbələri arasındaolimpiada keçirildi.

ÖncəRiyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək olimpiada iştirakçılarını salamladı və 2014-cü ildə SDU-nun rektoru, professor Elxan Hüseynovun rəhbərliyi ilə “Sumqayıt Dövlət Universitetinin 2025-ci ilədək olan müddət ərzində inkişaf konsepsiyası” və onun əsasında “SDU-da təhsilin inkişaf strategiyası”nın hazırlanması barədə məlumat verdi. Vurğuladı ki, konsepsiyada universitetin təhsil sisteminin modernləşdirilməsi və dünya təhsil məkanına inteqrasiya, elmi tədqiqatlar sisteminin modernləşdirilməsi kimi məsələlər başlıca yer tutur və burada əsas strateji məqsəd SDU-nun təhsil və tədqiqat innovasiya mərkəzinə çevrilməsidir. Bugünkü olimpiadanın təşkili bu strategiyadakı elmi mühitin yaradılması ideyasının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. 

Dekan onu da bildirdi ki, olimpiadanın təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, tələbələrdə bu fənnə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.Biliyin gənclərin ən etibarlı dayağı olduğunu qeyd edən dosentXalidə Həsənova olimpiada iştirakçılarına uğurlar arzuladı.

SonraRiyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri professor Nəbi Qurbanovvə Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professorFikrət Feyziyev  bu cür tədbirlərin elmə maraq yaradılması baxımından keçirilməsinin vacib olduğunu vurğuladılar və olimpiada iştirakçılarına uğurlar arzuladılar.

Qeyd edək ki, olimpiadaRiyaziyyat fakültəsi üzrə bütün ixtisasların I, II, III kurs tələbələri arasında keçirilirdi.Açıq suallar şəklində təşkil olunmuş olimpiada zamanı 100-dən çox tələbə 3 saat ərzində sualları cavablandıraraq yüksək bilik nümayiş etdirdilər.

 

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru