Xəbərlər

13-cü Beynəlxalq Termal Mühəndislik konfransı ilk dəfə Azərbaycanda keçiriləcək

may-16
11:46 2022


Bakı Mühəndislik Universiteti (BMU) və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı:nəzəriyyə və tətbiq” mövzusunda tədbir keçiriləcək. 

22-25 may 2022-ci il tarixlərində BMU-da baş tutacaq beynəlxalq konfrans “İstilik çevrilmələri”, “Ətraf mühit mühəndisliyi”, “Bioyanacaqlar”, “Bərpa olunan enerji”, “Proses kontrol və optimizasiya”, “Tullantıların idarə olunması”, “Polmerin proses edilmə texnologiyaları” və s. kimi aktual sahələri əhatə edəcək. 

Bu konfrans Azərbaycanda ilk dəfədir keçirilir. Bundan öncə isə beynəlxalq tədbir Kanada, Hindistan, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s. ölkələrdə gerçəkləşib.

 

Konfransa xaricdən 18 tanınmış alim (h-indeksi yüksək) plenar məruzəçi kimi dəvət olunub. Beynəlxalq tədbirdə Kanada, ABŞ, Fransa, Rusiya, İspaniya, İtaliya, Avstraliya, İsrail, eləcə dədigər Asiya və Avropa ölkələrindən 100-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. Azərbaycanlı alimlərin və sənayedən gələn mütəxəssislərin bu tədbirdə iştirakı ödənişsiz təşkil olunur.

Konfransla bağlı daha ətraflı məlumatı www.ictea.ca saytından əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, eyni vaxtda Fransanın Lorraine Univeritetinin keçirdiyi “Materiallar və enerji  konfransı”nın (http://www.icome.ecam-epmi.fr/) təşkilat komitəsi BMU-da təşkil ediləcək konfransa (İCTEA)  qatılmağaqərar veriblər. 

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru