Xəbərlər

SON DƏQİQƏ! Dəmiryol işçiləri Cavid Qurbanova qarşı ETİRAZ EDİR - VİDEO

may-16
12:40 2022





“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

Məlumata görə, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. 

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib. 

QSC-əməkdaşları etiraz aksiyasına qalxıb. Onların verdiyi məlumatına görə artıq uzun zamandır ki, nə maaşlarını ala bilirlər, nə Cavid Qurbanov onlara kömək etmək istəmir.

Onlar bildirirlər ki, Növbəti aydan əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. Bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. Hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. 

"Azərbaycan Reallığı" sözü gedən etiraz aksiyasın video görüntülərin təqdim edir


 AZƏRBAYCANREALLIĞI.COM    

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru