Xəbərlər

Mədəniyyət və İncəsənət Universitetində BAZAR AÇIBLAR

iyn-18
08:24 2022

Mədəniyyət və İncəsənət Universitetində BAZAR AÇIBLAR

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pul almaq üçün tələbələrin imtahandan kütləvi şəkildə kəsilməsi iddia edilib.

İkinci kurs tələbələri bildirib ki, universitetdə tələbələrə qarşı ədalətsizlik hökm sürür

“İmtahandan qəsdən kəsirlər, daha sonra pul tələb edirlər. Tələbə təqaüdünə ehtiyacı olanlar var, amma buna əhəmiyyət verən yoxdur.

İmtahan zamanı tələbənin birindən telefon, birindən isə “şparqalka” tutdular, amma müəyyən səbəbdən bir tələbəni bağışladılar, digərini yox”.

Eyni zamanda, iddia edilib ki, pul almaq məqsədi ilə Teatr sənəti fakültəsinin Aktyorluq ixtisasında multikulturalizm fənnindən yüksək balla imtahana daxil olan 22 tələbəni də imtahandan qəsdən kəsiblər.

Qeyd edilib ki, universitetdə yeməkxanaya kənardan yemək gətirilməsi qadağası da var.

İddialarla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən açıqlama almaq istəsək də, saytımıza bildirdilər ki, bu barədə heç bir açıqlama verilməyəcək.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin də, müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru