Xəbərlər

İcra Başçısı Tenderi Dostunun Oğluna Verib?

iyn-20
17:40 2022

İcra Başçısı Tenderi Dostunun Oğluna Verib?

Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də “Cari təmir işlərinin satınalınması” lotu üzrə satınalmaya yekun vurub.

Satınalmanın məbləği 16.998 manat, qalibi isə “VM SUPPLİYER” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də “Cari təmir işlərinin satınalınması” lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən “VM SUPPLİYER” MMC 2021-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb.

“VM SUPPLİYER” MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər ev 2, döngə ev 13 ünvanı, qanuni təmsilçisi isə Cahangirov Elbəyi Cahangir oğludur.

Xaçmaz rayonunda cari təmir aparacaq “VM SUPPLİYER” MMC-nin fəaliyyət profili, müqavilə ilə çalışan işçiləri və mühəndis heyəti barədə açıq internet resurslarında hər hansı məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə qalib elan edilən “VM SUPPLİYER” MMC “Gəncə-Bazar” Açıq Səhmdar Cəmiyyətinin sahiblərindən biri olan Cahangir Cahangirova məxsusdur.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışarkən Gəncədə iş adamı kimi tanınan Cahangir Cahangirovla dostluq münasibətlərinin olduğu iddia edilir.

Məsələ ilə bağlı “VM SUPPLİYER” MMC ilə əlaqə saxlaya bilmədik.

Xaçmaz rayon İcra Hakimiyyəti isə mövqe bildirmədi.//Xəbəral.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru