Xəbərlər

DTX-nın həbs etdiyi gömrükçülərdən biri generaldır - İDDİA

iyn-21
14:00 2022

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının dünən Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Qeyri-rəsmi informasiyalarda əməliyyat zamanı yüksək rütbəli gömrükçülərin həbs olunduğu bildirilir.

“AzPolitika.info”nun məlumatına görə, DTX-nın əməliyyatı nəticəsində saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. 

Ehtiram Xəlilov 1965-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olub. 1983-1985-cı illərdə hərbi xidmət keçib. 1986-1997-ci illərdə daxili işlər orqanlarında çalışıb.
1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1997-ci ildən Gömrük orqanlarında xidmət göstərir. 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində çalışıb.

2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində işləyib.

2003-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alıb.

2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb.


2018-ci ildən "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsinə təyin edilib.


3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.


DTX-nın əməliyyatı ilə bağlı geniş rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru