Xəbərlər

Bakıda tarixi abidə zibilliyə çevrildi - FOTO

iyn-21
18:00 2022

Bakının Kürdəxanı kəndində 17-ci əsrdə tikilmiş “Hacı Zeynal” hamamı yerli sakinlər tərəfindən acınacaqlı vəziyyətə salınıb. Sakinlər tarixi əhəmiyyətli memarlıq və mədəniyyət abidəsi kimi dövlət tərəfindən rəsmi mühafizə olunan hamamı zibilxanaya çeviriblər.

 

Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova yaranmış acınacaqlı vəziyyətlə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib:

 

“Yerli sakinlər tərəfindən 2 gün əvvəl məişət tullantıları ilə çirkəndirilən memarlıq abidəmiz. Məişət tullantılarını o hamama düşmənlər atmayıb. Ətrafda yaşayan sakinlər atıb. Bu gün Dövlət Xidmətinin abidə mühafizəçiləri ilə yerli icra hakimiyyəti orqanının əməkdaşları ərazini tullantılardan növbəti dəfə təmizləyiblər”.

 

N.Allahyarova vurğulayıb ki, abidəni qorumaq borcumuzdur:

 

“Təkcə aidiyyəti qurumun borcu deyil, hər bir vətəndaşın borcudur. Sual oluna bilər ki, niyə nəzarət edilmir?! Nəzarət edilir. Abidə mühafizəçisi hər abidənin yanında 7/24 xidmət göstərmir”.

 

“Ölkədə yerli əhəmiyyət kəsb edən bütün abidələrin ətrafı hasara alına, yanına da öz daxili məzuliyyətsizliyimizdən müdafiə üçün əməkdaş cəlb edilə bilməz. Dünyanın heç bir ölkəsində bütün abidələrə mühafizə xidməti ayrılmır. İctimai qınaq lazımdır! Sadəcə ayıb olsun!”, - deyə N.Allahyarova qeyd edib.

 




Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru