Xəbərlər

1000-ə yaxın sahibkar “Sədərək” bazarının rəhbərliyindən şikayətçidir... - Üstlərinə “qoçular” göndərildi

iyn-22
18:56 2022

1000-ə yaxın sahibkar “Sədərək” bazarının rəhbərliyindən şikayətçidir... - Üstlərinə “qoçular” göndərildi

 “Sədərək” Ticarət Mərkəzində sahibkarlar etiraza başlayıb.

Belə ki, TM-nin rəhbərliyi mağazaları icazəsiz şəkildə böyüdərək, bunun üçün sahibkarladan külli miqarda pul tələb edir.

Bu barədə “Sədərək”dəki sahibkarlar Cebhe.info-ya müraciət ediblər. Hazırda 1000 nəfərə yaxın sahibkar “Sədərək” bazarının rəhbərliyindən şikayətçidir.

Şikayətçilərin sözlərinə görə, bazarın “Şirniyyat” adlanan zonasında yerləşən mağazaların həcmi məcburi şəkildə böyüdülür:

“Amma sahiblarkarlarla rəhbərlik arasında bununla bağlı heç bir razılaşma olmayıb və müqavilə imzalanmayıb. Artıqmadan əlavə, gördükləri iş üçün ikiqat vəsait tələb edirlər. Üstəlik, sahibkarların vəsaiti hissə-hissə ödəməsinə də razılaşmırlar. Hətta pul ödənilmədiyi üçün sahibkarlara təzyiqlər olunur və mağazaları bağlanılır. Məsələn, şəxsi obyekt olan 12 kvadrat olan bir mağazanı heç bir icazə almadan 24 kvadrat ediblər. Ümumilikdə 10, 12 və 15 kvadrtatmetr böyüdülən mağazalar da var. Bunun üçün əvvəl 5 min, sonra 6 min, indi isə 7-8 min manat pul istəyirlər. Mağazanı böyütməklə bağlı heç bir tələbimizin olmamasına rəğmən, 500 manat şəklində hissə-hissə belə ödəməyi təklif edirik. Amma bu iş üçün sahibkarlardan bir dəfəyə 7-8 manat pul tələb olunur. Bu ödənişin olmasına dair də heç bir qəbz də təqdim olunmur”.

Zərərçəkənlər mağazalarının icarədə deyil, sənədlə özlərinə məxsus olduğunu da bildiriblər:

“Bizim əlimizdə mağazaları aldığımıza dair müqavilələr də var. Bunun üçün böyük məbləğdə vəsait ödəmişik. İyunun 1-dən etibarən bu prosesə başlayıblar və camaatdan mağazanı artıqmaq adı ilə zorla pul yığırlar. Bir aya yaxındır ki, təmirlə bağlı mağazaların fəaliyyətini də dayandırıblar. Bunları etdirənlər “Sədərək”də rəhbərlikdə təmsil olunan Yusif Qədimbəyli və Ənvər Qədimbəyli heç kimə qulaq asmır. Bizim üstümüzə pul yığmaq üçün “qoçular” göndərirlər. Onlar bizi təhqir edirlər və hədə-qorxu gəlirlər. Buna baxmayaraq, heç bir sahibkar onlarla razılaşmayıb”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru