Xəbərlər

Gəncədə məktəb direktoru “şef”inə qarşı “ üsyan etdi”-RƏZALƏT

iyn-24
09:28 2022


    Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin dövlətin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, bugünə kimi Prezident İlham Əliyevin atdığı addımlar onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Bir xatırlamanı yada salaq ki ulu öndər HeydəƏliyev hakimiyyətdə olduğu illər ərzində ölkəmizdə elm və təhsilin inkişafını heç zaman diqqətdən kənarda qoymamış və bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır. Ulu Öndər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi tədbirlərini həyata keçirmiş və bir neçə fərman və sərəncamlar da imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ulu öndər Heydər Əliyevin  imzaladığı Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncamı, məhz milli elm və təhsil sahəsinin inkişafında vacib amillərdən biri olaraq, bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Bütün bunlara baxmayaraq, son vaxtlar Gəncə şəhərinin təhsil sahəsində baş alıb gedən qanunsuzluqların varlığı “pik nöqtə”yə çatdığından, vaxtilə həqiqi hərbi xidmətdən yayınmaqla özü üçün “FƏRARİ” adını qazanan Qədiməliyev Anar Yusif oğlunun “nataraz idarəçiliyi”, hal-hazırda əksər media qurumları tərəfindən kəskin tənqid atəşinə tutulur. Hətta, Gəncənin təhsil sahəsində yaşanan  dözülməz vəziyyəti Azərbaycan təhsilinin “üzqarası da hesab edirlər.  

  Əldə etdiyimiz məlumatlardan, media üzərindən apardığımız müəyyən araşdırmalardan aydın olur ki20 iyul 2020-ci il tarixdə Gəncə Şəhər Təhsil İdarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qədiməliyev ixtisasca iqtisadçıdır və bu şəxs bir gün olsun belə hansısa təhsil ocağında müəllim vəzifəsində çalışmayıb. Yəni, idarə rəisi vəzifəsini daşıyan bu şəxsin pedaqoji sahədən məlumatı yoxdur. Amma, onun Təhsil Nazirliyində güclü “arxa-dayağı”nın olduğu bildirilir. Çünki, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi ilə bağlı yayılan məlumatların birində vurğulanır ki, bu şəxsin özü müəyyən çevrələrdə “Təhsil naziri yaxın dostumdur, qaynanamı Gəncə İcra Hakimiyyətinin başcısı tanıyır” deməyi də unutmur. Bütün bunlar həm gülməlidir, həm də faciədir. Bəlkə də, Gəncə şəhərinin təhsil sahəsində çalışanlardan bəziləri Anar Qədiməliyevin təyinatı baş tutan vaxtlarda  nələrinsə dəyişəcəyi, yaxşılığa doğru hansısa addımların atılacağı qənaətində idilər. Təəssüflər olsun ki, bütün bu kimi gözləntilər heç də özünü doğrultmadı və hər biri “vozdux çıxdı”.  Yəni, çox keçmədi ki, Anar Qədiməliyevin yarıtmaz idarəçiliyi özünü göstərməyə başladı. O halda sual oluna bilər ki, görəsən Gəncə şəhərinin təhsil sahəsində çalışan müəllimlərdən bir nəfər layiqli, peşəkar şəxs  tapılmadı ki, ölkəmizin ikinci böyük şəhərinin təhsil sahəsinə belə bir qeyri-peşəkar, pedaqoji təhsili olmayan, təcrübəsiz bir adamı təyin etdilər? Bütün bunların nəticəsidir ki, hal-hazırda Gəncə şəhərinin təhsil sistemində dözülməz vəziyyət yaşanmaqda davam edir. Məsələn, xeberfakt.az xəbər portalının  redaksiyasına  məlumat daxil olub ki, Anar Qədiməliyev Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevaya elə bir təzyiqlərini göstərir ki, son anda xanım direktor dərman içib özünə qəsd etmək zorunda qalır. Vəziyyəti kritik duruma düşən Mətanət Qarayeva dərhal təcili tibbi yardımla Göygöl rayonundakı xəstəxanaya çatdırılsa da, onun son durumunun necə olması haqda heç bir məlumata malik deyilik. Onu da qeyd etmək yerinə düşər ki, xanım direktor dəfələrlə Anar Qədiməliyevin yarıtmaz idarəçiliyinə qarşı “üsyan”a qalxır, hətta son anda o, vəziyyətdən çıxış yolunu möhtərəm Prezidentə teleqramma vurmaqda görür. Bütün bunlar onu sübut edir ki, hal-hazırda ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində lazımi addımlar atılsa da, Gəncə şəhərinin təhsil sahəsində hər cür anarxiya, hər cür hərcmərcliklər, hər cür qarşıdurmalar baş alıb getməkdədir. Yəni, Gəncə Şəhər Təhsil İdarəsi rəisinin həyata keçirdiyi idarəçiliklə bağlı daxil olan məlumatlarda vurğulanır ki, hal-hazırda bu şəhərin təhsil müəssisələrində elə bir hoqqalar, elə bir həngamələr yaşanır ki, sanki yaşananları məşhur filmlərdə oynanılan rollarla eyniləşdirmək olar. 

  Media üzərindən apardığımız araşdırmalardan bəlli olur ki, Anar Qədiməliyev heç də xaricdə təhsil almıyıb, sadəcə olaraq bu şəxs  SOROS-un təlimatını keçib. Belə bir səbəbdəndir ki, bu gün o, nəyə qabil olduğunu açıq-aydın şəkildə hər kəsə nümayiş etdirir.  Bir xatırlamanı yada salaq ki, möhtərəm Prezident 02 fevral 2022-ci il tarixdə gənclər ilə keçirilən görüşdə bildirdi ki, “SOROS Azərbaycanın böyük bir bəlasıdır, bu təşkilatın nümayəndələri gəncləri yoldan çıxarırlar. Onsuz da xaricdən bizim ölkəmizə çoxsaylı təziqlər olur, bu təzyiqlərin çox hissəsini SOROS yaradır, gəncləri yoldan çıxardıb xaricə işləməsinə yönəldir”.
B
əli, bu təşkilat Azərbaycan üçün arzu olunmayan bir təşkilatdır. Yəqin ki, həmin təşkilat Anar Qədiməliyev kimlərin vasitəsilə təhsilimizi məhv edir.

    Onu da qeyd edək ki, hər kəs atdığı addımları ilə yaşadığı həyat yollarında müəyyən iz buraxır. Bəli, qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən savaşında işğalçı düşmən qüvvələrini məhv etdi və şanlı tariximizdə qəhrəmanlıq səlnamələri yaratdı. Gəncə Şəhər Təhsil İdarəsi rəisi Anar Qədiməliyev isə, müasir tariximizə “intriqalar müəllifi”, yaxud da “rüşvətxor idarə rəisi” adı ilə həkk olunacaq. Əslində Gəncənin təhsilində yaşananlar biabırçılıqdır, Azərbaycan təhsilinin “üzqarası”dır. Ona görə də biz belə bir qənaətdəyik ki, çox yaxın vaxtlarda təhsil naziri cənab Emin Əmrullayev bu ləkəni Azərbaycan təhsilindən təmizləmək üçün lazımi addımını atıb müvafiq qərarını açıqlayacaq. Qarşı tərəfi də dinləyə bilərik.

P.S. Hörmətli oxucular! Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Xeberfakt.az

 

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (55)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru