Xəbərlər

100 Mindən Çox Vergi Borcu Olan Şirkət Azərsudan 155 Minlik Tenderi Uddu

iyn-24
20:30 2022


“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Universal Pro” QSC olub.


 “Azərsu” ASC daxili vəsaiti hesabına pəstahların (metal məmulatı) satın alınması xidmətinə görə “Universal Pro” QSC-yə 154 min 967 manat 39 qəpik ödəyəcək.


Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min manat olan “Universal Pro” QSC-nin qanuni təmsilçisi Baxışov Ədalət Müsafər oğludur. QSC 8 fevral 2016-cı ildə dövlət qeydiyyatına alınıb.


Qeyd edək ki, 21 iyun tarixinə olan məlumatına görə, “Universal Pro” QSC-nin dövlət büdcəsinə 106 min 686 manat 83 qəpik borcu var.


Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru