Xəbərlər

Kəmaləddin Heydərovun işçisindən ikibaşlı cavab - şok faktlar

avq-02
16:40 2022


Məlumdur ki, Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlugilin ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemin həll olunmaması, artıq xeyli müddətdir ki, ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, görəsən problemin kökündə nələr durur ki, problem  niyə 2014-cü ildən bugünə kimi öz həllini tapmır? Bu yöndə apardığımız araşdırmalardan, Yadigar Rəcəbovun aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət ərizələrinə verilən cavab məktublarından aydın olur ki, indiyə kimi bu ailənin getgələ salınmasında əsas baiskarlardan biri Şamaxı Rayon İcra Hakimiyyəti Aparatıdır.

                         Şamaxı RİH-nin qərəzli yanaşmasının kökündə nələr durur?

    Qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsi nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yararsız vəziyyətə düşür. Torpaq sürüşməsi hadisəsindən sonra bu kəndin ərazisinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt Muğanlı kəndi ərazisində yaşayan 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi, adı çəkilən qurum əməkdaşlarının keçirdikləri birgə baxış zamanı müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayanların ümumi siyahısı dəqiqləşdirilir və ailə üzvlərinin sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Məsələnin düşündürücü tərəfi odur ki, 2012-ci ildə Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə aid tərtib olunmuş siyahıda Yadigar Rəcəbovgilin ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) yer alırlar. Hətta, bunu həmin illərdə Muğanlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşımış şəxs də, əməkdaşımızla etdiyi söhbət zamanı təsdiq edir. Baxmayaraq ki, hal-hazırda həmin şəxs digər kənddə icra nümayəndəsi vəzifəsini daşımaqdadır.
     Qeyd edək ki, Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və fərdi yaşayış evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə yeni tikilmiş evlərin paylanması işləri isə, 2014-cü ildə həyata keçirilir. Qeyd edək ki, həmin vaxtlarda Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ və sol hissələrində yaşayan ailələrin fərdi yaşayış evlərinə baxış keçirilir və evlərin qəzalı, həyətyanı torpaq sahələrinin yarasız vəziyyətə düşməsi ilə bağlı akt tərtib olunur. O halda sual oluna bilər kli, görəsən hansı səbəbdən yaşayış evi ortada olan Yadigar Rəcəbovgilin fərdi yaşayış evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və bununla bağlı akt da tərtib olunur?. Yəni, hansı səbəbdən bu şəxsin evinə baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Bu haqda həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub.

      Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi birbirini inkar edən cavablar verir
 
   Daha biabırçı halın varlığı ondan ibarətdir ki, vətəndaş Yadigar Rəcəbovun aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət ərizələrindən birinə 09 mart 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini cənab Elxan Əsədovun imzası ilə təsdiq olunmuş 37/R-00786 saylı məktubla cavab verilir və məktubda qeyd olunub ki, “Sizin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız müraciət Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində araşdırılmışdır. Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar da tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən fərdi yaşayış evinizin vəziyyəti qənaətbəxş hesab edilmişdir”.

WhatsApp Image 2022 08 01 at 14.47.13

Belə bir cavab məktubunun varlığına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini cənab Elxan Əsədov, hansı ki, öz imzası ilə təsdiq etdiyi və 01 iyul 2022-ci il tarixdə deryaz.az-ın redaksiyasına verdiyi 37/3604529 saylı cavab məktubunda isə qeyd edir ki, “Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kənd sakini Yadigar Rəcəbovun fərdi yaşayış evinə  vizual baxış keçirmiş və 03 mart 2014-cü il tarixdə akt tərtib etmişlər. Həmin akt əsasında Yadigar Rəcəbovun fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla bağlı lazımi tədbir görüləcəkdir”. Əslində bu cür, hansı ki, birbirini inkar edən cavabların verilməsi onu sübut edir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Yadigar Rəcəbovgilin ailə üzvlərinin rəzil duruma salınmasında, getgələ düşmələrində maraqlı tərəfdir.

                                     Baş memar da eyni oyunun oyunçusudur

   Digər tərəfdən Yadigar Rəcəbovun sonuncu dəfə yazmış olduğu ərizəyə 23 iyun 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş  Ş-06-1147 saylı məktubla cavab verilir və məktubda qeyd olunub: “Evlər paylanana qədər sizə məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır.WhatsApp Image 2022 08 01 at 15.04.10

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Diqqət yetirək ki, vətəndaşa bu cür gülünc, bu cür absurd cavabların verilməsi onu söyləməyə əsas verir ki,  Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənov eyni oyunun oyunçusudurlar. Yəni, buna heç cür başqa ad vermək olmaz!. Əgər bu belə deyilsə, o halda adları çəkilən dövlət qurumları 2012-ci ildə Muğanlı kəndində baş verən torpaq sürüşməsi hadisəsi nəticəsində tərtib olunmuş aktları ortaya çıxarıb sübuta yetirərlər ki, Yadigar Rəcəbovgilin ailə üzvlərinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi ilə bağlı heç bir akt tərtib olunmayıb. Əslində həmin vaxt akt tərtib olunub və sadəcə olaraq 2014-cü ildən indiyə kimi məsələnin həll olunmasına hansısa qüvvələr imkan vermirlər. Çünki evləri qəzalı, həyətyanı torpaq sahələri isə yararsız vəziyyətə düşmüş ailələrlə bağlı tərtib olunmuş ümumi cədvəldə Yadigar Rəcəbovgilin ailə üzvlərinin 46-cı sırada (7 nəfər olmaqla) yer aldıqlarını, həmin illərdə Muğanlı kəndi üzrə icra nümayəndəsi işləmiş şəxs də təsdiq edir. O halda sual oluna bilər ki, görəsən cənab Tahir Məmmədovun rəhbərlik etdiyi Şamaxı RİH Aparatının böyük bir ailəni rəzil günə salmaqda məqsədi nədir? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

WhatsApp Image 2022 08 01 at 15.14.41


 Mövzuya mütləq qayıdacağıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru