Xəbərlər

Şair Alxasov nə günə orda oturub ki... - GİLEY

okt-07
13:00 2022


Şair Alxasov nə günə orda oturub ki... - GİLEY

Hər dəfə ümidləri boşa çıxan sakinlər, "40 ildir yollarımız bu vəziyyətdədir", deyirlər.

Qusar rayon Urva kəndinin camaatı İllərdir həsrətlə yollarının təmirini gözləyirlər. Hər təqvim dəyişəndə urvalılar yayda tozulu, çala-çuxurlu, yağıntılı günlərdə bataqlıq, gölməçələrlə dolu yollarının təmir olacağına ümid edirlər.

Sakinlər deyirlər ki, mərkəzi yola çıxana qədər üst-başları palçıq içində olur deyə sürücülər onları avtomobillərinə götürmürlər. Ona görə də yola çıxanda özlərinə ikinci paltar, ikinci ayaqqabı götürməyə məcburdurlar.

Böyüklərlə yanaşı məktəbə gedən uşaqlar da eyni əziyyəti çəkir. Yollar bataqlıq olduğundan sürücülər bu yollara girmir. Çünki nahamar, bataqlıqdan ibarət yollar avtomobilləri də sıradan çıxarır. 3000 sakini olan Urva kəndinin yollarının bu vəziyyətdə olması və aidiyyatı qurumların məsələyə laqeyd münasibəti kənd camaatını təngə gətirib.

Söhbət təkcə kənddaxili yollardan getmir. Rayon mərkəzinə gedən yol da artıq sıradan çıxıb. Sakinlər probelmin həlli ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, kənd yollarının nə zaman təmir ediləcəyi ilə bağlı məlumat verən yoxdur.

Urva kənd İcra Nümayəndəliyindən Belediyye.net-in məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yollarda asfalt işləri aparılması nə özlərinin, nə də bələdiyyənin imkanı daxilində deyil.

Bu səbəbdən Urva kəndinin yollarının təmiri yaxın zamanlarda baş tutmayacaq.

Qeyd edək ki, bundan öncə Qusar rayonunun Urva kəndinin sakinlərinin ictimai nəqliyyat problemi olduğu barədə də yazmışdıq.

Belediyye.net

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru