Xəbərlər

Cəzaçəkmə müəssisəsinin rəisinin xaricdə yaşayan övladı: Gözqamaşdıran zənginlik, lüks həyat…

noy-29
10:20 2022


“Məmur” termini başqa ölkələrdə fərqli, biz də fərqli anlama gəlir. Biz də məmur dövlət əmlakını mənimsəmək, dövlət büdcəsini dağıtmaqla az qala ekvivalentlik təşkil edir. Ona görə də az-çox olan vicdanlı, millətə və dövlətə xidmət edən sadiq məmurlar da o birilərin, yəni dağıdanların “oduna” yanır. Təbii ki, bu düşüncəni cəmiyyətdə “məmur”ların özlərinin fəaliyyəti formalaşdırıb.

Bu səbəbdən də məmur deyəndə xaricdə mülkləri olan, böyük biznes imperiyasına nəzarət edən, övladları xaricdə yaşayan, eləcə də böyük maliyyə imkanlarına sahib olan şəxs başa düşülür. Əslində isə Prezident İlham Əliyevin dediyi kimi, məmur birbaşa xalqın xidmətçisi olmalıdır. Amma bir çox məmurlar, sabiqlər və hazırkı vəzifə sahiblərinin bəziləri xalqa deyil, şəxsi maraqlara – ciblərinə xidmət edirlər.


Təsadüfi deyil ki, əksər məmurların övladları xaricdə yaşayır və hətta bir çoxunun Azərbaycan vətəndaşlığı belə yoxdur. Çox zaman bunlar təhsil almaq adı altında edilsə də, sonradan məmur övladlarının ölkəyə qayıtmaması, Azərbaycanın vəsaiti hesabına xaricdə böyük biznes imperiyası qurmalarının şahidi oluruq.

Bunlardan biri də Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmayılovun oğlu Elmar İsmayılovdur.

Əldə etdiyi məlumata görə, Cəzaçəkmə müəssisəsinin rəisinin övladı qardaş Türkiyədə 2 və 2.5 milyon dollar dəyərində olan mənzillərdə yaşayır və zəngin həyat tərzi keçirir.

Ötən buraxılışlarımızda bununla bağlı yazı dərc etmişdik. Məqalə sosial şəbəkələrdə yayıldıqdan sonra, 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmayılovun “adamları” redaksiyamıza “fake” nömrələrdən zəng edərək, yazının silinməsini, əks təqdirdə “başımıza oyun açacaqları“nı bildirdilər.

Hörmətli Elgiz İsmayılov! Bu nə dərəcədə doğru addımdır? Hansı qanun pozuntusuna yol vermişik ki, belə bir təhdidlərə də məruz qalırıq?

Bu gün hər kəs yaxşı bilir ki, jurnalistlərin sosial vəziyyətləri elə də yüksək deyil və orta təbəqəli insan resurslarına aiddirlər. Lakin ən əsası, belə bir addımın atılmasını jurnalistikaya təhdid kimi də qiymətləndiririk.

Elgiz bəy! Dünyada və ölkədə baş verən hadisələrin işıqlandırılması bizim vəzifə borcumuzdur. Xüsusilə də, çatışmayan cəhətlərin, problemlərin ictimaiyyətin diqqətinə çatdırmaqla biz jurnalistlər dövlət siyasətinə dəstəyimizi göstərməkdəyik. Belə də olacaq. Ona görə də, bu kimi arzuolunmaz hallarla qarşılaşarkən, təəssüf və təəccüb keçiririk ki, dövlətimizin yaratdığı imkanlardan sui-istifadə edənlər bir az da irəli gedərək, nə qədər haqsız, ədalətsiz və qanunlardan xəbərsiz olduqlarının fərqinə vara bilmirlər.

P.S. Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmayılovun apardığı “islahatlar”a növbəti yazılarımızda geniş yer ayıracağıq…

Sənan Şəmkirli

(kanals.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

ARXİV

Fevral 2023 (42)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)

Рейтинг@Mail.ru