Xəbərlər

Zaur Mikayılovun Tovuzdakı kadrları BELƏ İŞLƏYİR... - Əgər bu işləməkdirsə...

dek-01
16:00 2022


Zaur Mikayılovun Tovuzdakı kadrları BELƏ İŞLƏYİR... - Əgər bu işləməkdirsə...

Ölkəmizdə su təsərrüfatı sahəsi əsas strateji sahələrindən biri hesab olunsa da, deyəsən uzun illərdən bəri
Tovuz Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsindən “ikiəlli yapışan” Nəsrəddin Əsəd oğlu Aslanov, hələ də
bu sahənin əhəmiyyətinə “gözucu qiymət” verməkdə davam edir. Media üzərindən apardığımız
araşdırmalardan, bəzi mənbələrdən əldə etdiyimiz səhih məlumatlardan və s. aydın olur ki, idarə rəisi vəzifəsini
daşıyan bu şəxsin yeni sakinlərdən bəzilərinə qarşı sərgilədiyi kin-kudurət artıq “pik nöqtə”yə çatıb. Çünki,
rayon sakinlərdən bəzilərinin redaksiyamıza ünvanladıqları şikayət məktubların məzmunlarından bəlli olur ki,
Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz Suvarma Sistemləri idarəsinin əməkdaşları, bu gün də imkansız
sakinlərə “qan qusdurmaq”la məşğuldurlar.

Məsələn, Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsi, ev-13 ünvanında yaşayan Əsgərov Şahin Kərəm oğlu,
uzun müddətdir ki, suvarma suyuna həsrət qalıb. Bu şəxs redaksiyamıza çatdırdığı video-müraciətində qeyd edir
ki, “Bizim ailə üzvlərinin 1ha.78 sot torpaq sahəsi var və həmin torpaq sahəsinə yonca qarışıq taxıl əkmişik.
Artıq payız fəslinin sonlarıdır və hal-hazırda əkin sahəmizin suvarılmasına ehtiyac var. Şəxsən mən oktyabr
ayının ilk günlərindən yonca qarışıq taxıl sahəmizi suvarmaq üçün, dəfələrlə idarənin rəhbər şəxslərinə
müraciət etmişəm. Hər dəfə mənə “Bir qədər gözləməli olacaqsınız, hələ sizə su verə bilmərik” deyə cavab
verirlər. Bəli, həqiqətən də bu belə olur. Çünki, suvarma suyunun verilməsinə cavabdehlik daşıyan məsul
şəxslər, o cümlədən Rafiq və Bəhruz adlı şəxslər idarə rəisinin verdiyi “nataraz tapşırıqlar”ı əsas tutaraq
addımlarını atırlar. Yəni, kim əkin sahəsini suvarmaq üçün daha çox pul verirsə, suvarma suyu həmin
şəxslərə verilir. Bir sözlə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşlarını imkansız
ailələrin, o cümlədən bizim ailənin taleyi heç bir halda düşündürmür, onları daha çox pul, var-dövlət əldə
etməyin yolları düşündürür. Qeyd edim ki, bizə məxsus yonca qarışıq taxıl sahəsinin sağ və sol hissələrində ayrı-
ayrı şəxslərə məxsus sahələr var. Hazırda SSİ-nin rəhbər şəxsləri qeyd olunan taxıl sahələrinin suvarılması
zamanı heç bir problem yaratmırlar. Elə ki, biz də minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz sahəmizi suvarmaq
istəyirik, o halda bu qurumun əməkdaşları “Növbəniz çatanda sizə də su verərik” deyib, açıq-aşkar şəkildə bizi
“fırlatmaqla” məşğul olurlar. Yəni, oktyabr ayının əvvəlindən indiyə kimi suvarma suyuna həsrət qaldığımızdan,
heç cür taxıl sahəmizi suvara bilmirik. Belə bir səbəbdən də, yonca qarışıq taxıl əkdiyimiz sahə tamamilə
quruyub və sahəni gəmiricilər məhv etməkdədirlər. Qeyd edim ki, bu qurumun əməkdaşları 1 ha əkin
sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 50 AZN pul alırlar və günlərini kafelərdə yeyib –içməkdə
keçirirlər. Yəni, Tovuz SSİ idarəsində elə bir idarəçilik qaydası qurulub ki, aşağıda pulları Qaqarin adlı şəxs yığır
və o, toplanan pulları özündən yuxarı vəzifə sahiblərinə çatdırır. Elə ki, aidiyyatı üzrə dövlət qurumlarına şikayət
edəcəyimi deyirəm, o halda SSİ-də çalışan bəzi vəzifə sahibləri “Get kimə, hansı vəzifə sahibinə istəyirsən
şikayətini çatdır. Biz bir kimsəni “priznavat” etmirik” deyə cavab verirlər. O halda sual oluna bilər ki, görəsən
Tovuz SSİ-nin əməkdaşlarının belə bir ayrıseçkiliyə yol vermələrinin kökündə nələr durur? Məgər, bizim
ailənin üzvləri də bu ölkənin vətəndaşları deyilmi? Bizim suvarma suyundan istifadə etmək hüququmuz
yoxdurmu?

Baxmayaraq ki, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, həmçinin müxtəlif tədbirlər zamanı əhalinin su ilə
təminolunmalarının yaxşılaşdırılması və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı
möhtərəm Prezident tərəfindən lazımi tapşırıqlar verilsə də, hələ də Tovuz SSİ-nin əməkdaşları verilmiş
tapşırıqları qulaqardına vurmaqla məşğul olurlar. Buna misal olaraq Şahin Əsgərovun oktyabr ayının
əvvəlindən indiyə kimi suvarma suyuna həsrət qalması, məhz ölkə rəhbərinin verdiyi tapşırıqların əleyhinə
getmək olduğunu sübuta yetirir. Sözsüz ki, belə bir yanaşmanın kökündə xəyanət amili əsas rol oynayır ki, bu da
son anda sadə sakinlərin dövlət qurumlarına olan inamının heçə enməsinə öz təsirini göstərir. O halda sual oluna
bilər ki, hal-hazırda Tovuz SSİ-nə rəhbərlik edən və əksər vaxtlarda iş başında tapılmayan Nəsrəddin Aslanov,
görəsən belə bir idarəçiliyi ilə hara gedir? Axı, bu şəxsin etibar etdiyi vəzifə sahibləri suvarma suyu ilə rayon
ərazisində “bazar açırlar”, imkansız şəxsləri olmazın məşəqqətlərə düçar edirlər? Deməli, imkansız şəraitdə
yaşayan yerli sakinlərin belə məşəqqətlərdən xilas olmaları üçün, rəhbərlik Nəsrəddin Aslanova “dur”
deməlidir ki, haqq-ədalət bərpa olunsun. Yoxsa, ...

Qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
(Nyus.Az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru