Xəbərlər

78 min vergi borcu olan “Bakı OTİS Lift” qanunları da pozub

yan-23
11:00 2023


78 min vergi borcu olan “Bakı OTİS Lift” qanunları da pozub
"Bakı OTİS Lift” QSC statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimələnə bilər.

QSC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə irəli sürülüb. Məcəllənin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə olunur.

İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxıalacaq.

Qeyd edək ki, qanunu təmsilçisi Xəlilov Emil Vaqif oğlu olan "Bakı OTİS Lift” QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 78 min 315 manat 97 qəpik borcu yaranıb.

Qaynarinfo
78 min vergi borcu olan “Bakı OTİS Lift” qanunları da pozub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru