Xəbərlər

Əhməd İsmayılovu heç də yaxşı gələcək gözləmir onun Fəaliyyəti Əli Həsənovu xatırladır

yan-24
12:20 2023

Medianın İnkişafı Agentliyinin müstəqil media subyektlərini hədəfə alacağı yarandığı gündən bəlli idi. İndi bir çoxları haqlı olaraq narazıdır və illərini mediada çalışmaqla geridə qoyanların müraciətlərinə müsbət cavab verilməməsi suallar ortaya qoyur. Bu sözləri  tanınmış jurnalist İkram (Rəhimov) Rafiqoğlu deyib.

Bu baş verənlər mənə bir zamanlar prezidentin keçmiş köməkçisi Əli Həsənovun müstəqil media orqanlarına qanunsuz müdaxiləni və onun sözünə baxmayanların rəhbəri olduqları media qurumlarına ölkədə girişin bloklaması prosesini xatırladır.  

O zaman biz geri çəkilmədik, mübarizə apardıq və hakimiyyətin geri addım atmasına nail ola bildik. İndi MİA - nin cavan və təcrübəsiz rəhbəri Əhməd İsmayılovun eyni üsulla, hamını hədələməklə fəaliyyətini qurması və mövqeyində haqlı olduğuna israr etməsi, müstəqil düşüncəli insanların birləşməsinə gətirib çıxaracaq. Artıq bu proses başlayıb və əminliklə deyə bilərəm ki, Əhmədi heçdə yaxşı gələcək gözləmir. 

Sifarişləri icra edən bu gəncin bir gün sifarişlə əziləcəyinə və günahkar kimi cəzalanacağına şübhəm yoxdur.

P.S. Mən Reallıq.TV Media Qrupunun rəhbəri olaraq MİA - ya müraciət etməmişəm. Amma müraciət edib imtina cavabı alan hər bir həmkarıma mübarizəsində dəstək verəcəyəm. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru