Xəbərlər

"Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim..." - NARAZILIQ VAR!

yan-28
19:00 2023


Ötən gün agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan Kamalın zamanı proqramı ilə canlı bağlantı yaradaraq, hələ də veteran vəsiqəsi ala bilmədiklərindən gileyləniblər.

Ehtiyatda olan Gizir Rauf Nağıyev, Elvin Xəlilov, Elvin Qasımov, Xəyal Göyüşov canlı yayımda onlarla eyni problemi yaşayan 78 nəfərin adından bildiriblər ki, "hərbi səfərbərlik zamanı hamımız birlikdə döyüşə yollanmışıq. Əlimizdə silah təlimlərdə, döyüşlərdə iştirak etmişik, hətta aramızda iki nəfər ağır xəsarət də alıb, amma biz veteranlıq ala bilmirik. Dəfələrlə rəsmi məktub vasitəsilə Müdafiə Nazirliyinə müraciət etmişik, bizə cavab verirlər ki, sizə silah təhkim edilməyib. Bizə silah verilməmişdisə, bizi nə deyə hərbi hissədə saxlayırdılar?".

Xəyal Göyüşov bildirir ki, "İxtisasım "qumbaraatan"dır, mən də ixtisasım üzrə də döyüşdə iştirak etmişəm.".

Rauf Nağıyev deyir, "Silahların təhkim olunmasını bir neçə dəfə şəxsən mən yazıb təhvil vermişəm. Hər dəfə də bir bəhanə edib, A4 vərəqəsi üzərində yazının santımetr söhbəti edib qəbul etmirdilər. Gah deyirdilər yuxarıda 1 sm aşağı yaz, gah deyirdilər yanlardan 2 sm məsafə qoymamısan və sair.".

Qeyd edək ki, "Rauf Nağıyev hazırda mayor olduğunu bildirdiyi və o zamanlar kapitan rütbəsi olan Kənan Şirinov adlı şəxsin şəxsi heyətdən bir neçə dəfə pul yığdığını, təxris olunub evə qayıdanda ona bank kartı nömrəsi və "karta mədaxil 300 manat. Vətən sağolsun" sözləri yazılmış məktub verdiyini deyir. Və bildirir ki, "pul göndərmədim. Gedib hərbi biletimi götürəndə gördüm tarix düzgün yazılmayıb. Atəşkəsdən iki gün sonraya mənim əmrim yazılıb. Zəng etdim Kənan Şirinova ki, bu niyə səhv yazılıb, Kənan mənə cavab verdi ki, "Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim."

Yeri gəlmişkən, gənclər Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etdiklərini də xüsusi vurğulayıblar.

Daha ətraflı videoda:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru