Xəbərlər

DİN əməliyyat keçirdi, saxlanılanlar var

yan-31
16:00 2023


Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” TV-nin Bakı ofisi də var.

Əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

2002-ci ildə yaradılan və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınan “İnterAz” telekanalına “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov rəhbərlik edir. 

Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var.

Mətləb Bağırov həm də “SalamNews” İnformasiya Agentliyinin təsisçisidir. Onun iş adamı kimi biznes obyektlərinə sahib olduğu da bildirilir.


Sosial şəbəkələrdə Mətləb Bağırovun dini çıxışlarından ibarət videoroliklər yerləşdirilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru