Xəbərlər

“Azərittifaq”da vəzifə davası: "Məzuniyyətdə olanda Eldar Quliyev məni işdən çıxardı..."

mar-16
10:20 2023


“Azərittifaq”da vəzifə davası: "Məzuniyyətdə olanda Eldar Quliyev məni işdən çıxardı..."

"Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) sədri, deputat Eldar Quliyev məni qeyri-qanuni olaraq vəzifəmdən azad edib”.

Bunu Sabirabad rayon Kooperativ Cəmiyyətinin sabiq sədri Qardaşxan Hacıyev vəzifəsinə bərpa olunması üçün müraciət etdiyi Səbail rayon Məhkəməsindəki iclas zamanı deyib.

O, "Azərittifaq”a qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərib ki, 1985-ci ildən Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin sədridir:

"Ötən il "Azərittifaq”ın sədrinin sərəncamı ilə yaş həddinin keçməklə əlaqədar tutduğum vəzifəmdən azad edildim. Qeyd olunan əmr əsassız və qanunsuzdur. Sərəncamda Əmək Məcəlləsinə istinad edilməyib. Ötən il "Azərittifaq”a çağrıldım və bildirildi ki, uzun illərdir məzuniyyətə çıxmırsan. Buna görə ötən il Sabirabad rayon Kooperativ Cəmiyyətinin qərarı ilə məzuniyyətə çıxdım. Məzuniyyətdə olarkən eşitdim ki, "Azərittifaq” sədri tərəfindən işdən çıxarılmağımla bağlı sərəncam verilib. Nizamnaməyə görə sədrin vəzifədən azad edilməsi Sabirabad rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətini iclasının qərarı ilə olmalıdır. Çünki sədr təyin olunmur, seçilir. Qanunvericiliyin tələbinə görə əmək mübahisəsi olduğundan Mediasiyaya müraciət etdim. Lakin mübahisə könüllü qaydada həll edilmədi”.

Səbail rayon Məhkəsinin qərarı ilə Qardaşxan Hacıyevin iddiası əsassız hesab edilib və qəbul olunmayıb.Qaynarinfo

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru