Xəbərlər

Bakıda narkotacir saxlanıldı - VIDEO

yan-15
14:27 2019
Bakıda narkotacir saxlanıldı - VIDEO

Sabunçu rayonunda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən Xeberfakt.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb. Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Novruzovdan əlavə satmaq məqsədilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru