Bakı-Qazax yolunda zəncirvari qəza olub - FOTO

Yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub.
Xeberfakt.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 2 “Mercedes”, 1 “Kia” və 1 “VAZ-2106” markalı minik maşınları toqquşub. 2 maşın yoldan çıxaraq aşıb.
Ölən və xəsarət alanlar yoxdur.
Faktla bağı araşdırma aparılır.




⚏OXŞAR XƏBƏRLƏR