Lənkəranda keçmiş bələdiyyə binası yanıb - VİDEO

yan-11
11:19 2022
Lənkəranda keçmiş bələdiyyə binası yanıb - VİDEO
Lənkəranda keçmiş bələdiyyə binasında yanğın baş verib.

Xeberfakt.az bildirir ki, hadisə Vilvan kəndində qeydə alınıb. Ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli binanın 50 kvadratmetr sahəsində yanar konstruksiyaları və dam örtüyü yararsız hala düşüb.Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, keçən əsrin 70-ci illərində tikilmiş bina 7 otaqdan və 1 dəhlizdən ibarətdir. Burada fəaliyyət göstərən bələdiyyə bir müddət əvvəl yeni binaya köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Oxu.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru